19 İyun, Çərşənbə axşamı


DİN 90 cinayət faktı qeydə aldı - 22 nəfər saxlanıldı

Cəmiyyət

A- A A+
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 90 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...