18 İyun, Bazar ertəsi


Anasına 8 Mart hədiyyəsi oldu - FOTO

Cəmiyyət

A- A A+
Azərbaycanda 7 aylıq doğulan oğlan uşağının ürəyində əməliyyat aparılıb. Bakı Ürək Mərkəzindən verilən məlumata görə, əməliyyatı ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahı Natiq Mirzəyev həyata keçirib.
 
Çəkisi 2,5 kq olan körpədə uğurlu əməliyyat icra olunub. Xəstə 7 aylıq doğulub və 2 ay ərzində təkrarlanan pnevmoniyaya görə xəstəxanada müalicə alıb. Bakı Ürək Mərkəzinə müalicə ilə keçməyən ciddi təngnəfəslikdən sonra körpəyə ürək çatışmazlığı diaqnozu qoyulub və təcili əməliyyata götürülüb.
 
Bu barədə Modern.az-a danışan ana Mirxədicə Dadaşova övladının həyatını xilas edilməsinin onun üçün “8 Mart” hədiyyəsi olduğunu deyib:
 
“Martın 5-də əməliyyat olundu. Çox qorxurduq, amma həkimlərimiz sağ olsun, onu bizə yenidən qaytardılar. Hazırda palataya köçürüblər bizi, uşağın vəziyyəti yaxşıdır”.
 
M.Dadaşova övladının hamiləliyinin 7-ci ayında keysəriyyə əməliyyatı ilə dünyaya gəldiyini bildirib:
 
“İlk övladımdır. Hamiləliyin gedişində əməliyyatla dünyaya gəlib övladım. Allah bütün övladları qorusun”.
 
Qeyd edək ki, son iki həftə ərzində Bakı Ürək Mərkəzində çəkisi 4 kq-dan az olan yenidoğulmuş 3 körpə üzərində uğurlu ürək əməliyyatları tətbiq olunub.
 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...