“Azərbaycan ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır” Deputat faktları açıqladı

Cəmiyyət 12:42 20.05.2018

Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır.

Bu barədə deputat Qüdrət Həsənquliyev, Türkiyə prezidentinin 20 yeni universitetin yaranması barədə qanun imzalamasını şərh edərkən və özünün 3 yeni universitetin yaradılması ilə bağlı Milli Məclisdə qaldırdığı məsələ ilə bağlı danışarkən APA-ya açıqlamasında deyib.

Q.Həsənquliyevin sözlərinə görə, o parlamentdə Azərbaycanın üç tarixi şəxsiyyətinin adına yeni bir universitetin yaradılması məsələsini qaldırıb: “Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş üç tarixi şəxsiyyətin M.Ə.Rəsulzadənin gələn il, Heydər Əliyev və Əbülfəz Elçibəyin bu il yubileyləri olacaq. Onarın hər birinin adına yeni bir universitet açsaq həm onların ruhunu şad edərik, həm də xalqımız bundan faydalanar. Nəzərə alsaq ki, Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”.

Deputat Gömrük Komitəsinin Akademiyasını Azərbaycan Respublikası Gömrük Komitəsinin Heydər Əliyev adına hüquq və iqtisadiyyat Akademiyası adlandırılmağı təklif edib: “Bu günlərdə Gömrük Komitəsinin yeni rəhbərliyi ictimaiyyət nümayəndələri ilə gömrükdə şəffaflıq mövzusunda dəyirmi masa təşkil etmişdi. Mən də həmin tədbirdə iştirak edirdim. Bəlli oldu ki, bir çox sahibkarlar elektron gömrük bəyannamələrini doldura, müasir informasiya texnologiyalarından istifadə edə bilmirlər. 2012-ci ildə Prezident fərmanı ilə yaradılmış GK-nın Akademiyasında bir fakültə üzrə iki ixtisas var və ildə cəmi 44 tələbə qəbul edir. 6 il keçməsinə baxmayaraq Qəbələdə tikilməsi nəzərdə tutulan Akademiyanın binası və tələbə yataqxanası hələ də tikilib başa çatmayıb”.

Q.Həsənquliyev qeyd edib ki, müasir bir ali məktəbin fəaliyyətə başlaması imkan verəcək ki, Qəbələ turizmlə yanaşı Azərbaycanın yeni bir elmi, mədəni mərkəzinə çevrilsin. Artıq ölkə Prezidenti Qəbələyə dəmir yol xəttinin çəkilməsi barədə də göstəriş verib. Akademiyada hüquq və iqtisadiyyatla yanaşı, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq əlaqələr, maliyyə, mühasibat uçotu, biznes idarəçiliyi və s. bu kimi fakültələr olmalıdır. Eyni zamanda həmin fakültələrdə ingilis dilli bölmələr olmalı, tələbələrin sayı isə minlərlə sayılmalıdır. Akademiya yalnız GK üçün yox ölkə üçün, özəl sektor və xarici ölkələr üçün də kadrlar hazırlamalıdır”.

Milli Məclisin deputatı, Bakı ətrafında Rəsulzadənin adına Azərbaycanın çox ehtiyac hiss etdiyi yeni bir texnologiya universitetinin açılmasını məqsədəuyğun sayıb: “Belə bir universiteti hansısa nüfuzlu universitetin filialı kimi də açmaq olar. Həm də özəl universitet kimi”.

“Üçüncü, ictimai siyasi elmlər universitetini isə Ordubadda Əbülfəz Elçibəyin adına açıb Azərbaycanın bu dilbər guşəsinin hərtərəfli inkişafına böyük töfhə vermiş olarıq.

Müasir dünyada elmə və təhsilə qoyulan investisiya ölkənin inkişafını, xarici ölkələrdən tələbə cəlb etməklə ölkənin mədəniyyətini təbliğ etməyə imkan verir. Xarici tələbələr ölkəyə valyuta gətirməklə yanaşı həm də o ölkənin dostlarına çevrilirlər. Böyük Britaniyada 437000 xarici tələbə təhsil alır ki, bu ümumi tələbələrin 19%-ni təşkil edir. Həmin tələbələr ölkədə 206600 iş yerinin açılmasını təmin edib və ölkə xarici tələbələrdən 27 milyard £ ildə pul qazanır. Bu bizim manatla 61 milyard edir. Bizim universitetlərə kifayət qədər xarici tələbə cəlb edə bilməməyimizin əsas səbəblərindən biri də tələbə yataqxanalarının olmamasıdır. Hökumət və təhsil nazirliyi bu barədə də təxirəsalınmaz ciddi qərarlar qəbul etməlidir”, – deyə Q. Həsənquliyev bildirib.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Hamısı