Müsəlman Şərqinin ilk demokratiyasının 100 illiyi

Cəmiyyət 10:18 21.05.2018

Əbu Bəkr Əbu Məcd. (Misir)

 

Zamanın təkəri bu günkü tarixin 28 may 2018-ci il olduğunu bildirəndə, Şərqdə ilk demokratiyanın - Azərbaycan Demokratik Respublikasının 100  illiyi qeyd ediləcəkdir.

1917-ci il oktyabr ayında baş verən Bolşevik inqilabından sonra Rusiya İmperiyasını xaos, etnik xarakterli cinayətlər, evlərin, abidələrin, məktəblərin, xəstəxanaların və məscidlərin məhv edilməsi dalğası bürüdüyü bir vaxtda Azərbaycan xalqı öz dövlətini qurmaq qərarına gəldi.

28 may 1918-ci ildə Fətəli xan Xoyskinin başçılıq etdiyi Müvəqqəti Hökumət Bakının həmən vaxt Rus və erməni daşnak  silahlı qüvvələrinin işğalı altında olmasına görə öz ilk iclasını Tiflisdə (indi Gürcüstanın paytaxtı Tbilisi kimi tanınır) keçirməli oldu. 

Burada da cənub-şərqi  Qafqazda müstəqil Azərbaycan Demokratik Respublikasının yaradılması haqqında bəyannamə də  qəbul edildi.

Bəyannamə altı bənddən ibarət idi və  Azərbaycan tarixində ilk konstitusiya qanunu olmaqla yanaşı, Azərbaycan dövlətinin bir  demokratik respublika olması faktını təsbit etdi.

1918-ci ilin iyun ayının 16-da ADR Milli Şurası və Nazirlər Kabineti Azərbaycanın ikinci böyük şəhəri olan Kəncəyə köçdü. Hökümətin əsas məqsədi bolşevik-erməni işğalı altında olan Bakını və Azərbaycanın başqa şəhərlərini azad etmək idi.

1918-ci ili aprelin 5-də Qafqaz İslam Ordusu və Gəncədə yenicə formalaşdırılmış Azərbaycan hərbi hissələri Bakıya doğru hərəkət edib şəhəri əldə saxlayan 20 minlik sovet qüvvələrilə kəskin döyüşlərə başladılar. Bakı və başqa şəhərlər bir-birinin ardınca azad edilməyə  başlandı.1918-ci il sentyabrın 15-də ağır döyüşlərdə  yüzlərlə  azəri döyüşçüsü  şəhid olduqdan sonra şəhər azad edildi, həmin ilin noyabrın 16-da hökümət Gəncədən Bakıya köçdü. Azərbaycan Milli Şurası öz funksiyalarını həyata keçirməyə başladı.

Paytaxt Bakıya köçəndən sonra parlament öz fəaliyyətini bərpa etdikdən sonra 1918-ci il dekabrın 7-də ilk açılış iclasını keçirtdi. Bu həmən vaxt İslam dünyasında, ümumiyyətlə bütün Şərqdə tam demokratik prinsiplər əsasında qurulan ilk parlament idi. Parlamentdə ölkədə yaşayan bütün əsas etnik qrupların nümayəndələri təmsil olunmuşdu.

Yenicə istiqlaliyyət qazanmış Azərbaycan Demokratik Respublikası  qısa bir müddət ərzində böyük uğurlar əldə etdi. İlk dəfə qadınlara seçki hüququ verildi, milli ordu yaradıldı, milli valyuta dövriyəyə buraxıldı, beynəlxalq ictimaiyyət rəsmi şəkildə Azərbaycanın müstəqilliyini tanıdı. Bu da azəri xalqının qısa bir müddət ərzində müstəqil sivil dövlət yaratmaq qüdrətini nümayiş etdirdi.

Müstəqil Azərbaycan Respublikasının yaradılması həm də onun vətəndaşlarının yüksək siyasi şüurunun, ideoloji-siyasi potensialının  göstəricisi idi. Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və pespublikaya rəhbərlik edən başqa dövlət xadimlərinin bu müsir xalq respublikasının təsis edilməsində böyük xidmətləri oldu.  

Azərbaycan Demokratik Respublikası çağdaş tipli dövlət və Avropanın demokratik dəyərlərini Şərq mədəniyyətinin xüsusiyyətlərilə əlaqələndirən yeni tipli cəmiyyət nümunəsi idi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, o həmişə yeni Azərbaycan quruculuğu yolunda nümunə və məşəl olaraq qalır.

Hakimiyyət idarəçiliyində kifayət qədər təcrübənin olmamasına baxmayaraq, ADR rəhbərliyi tam effektli bir hökümət yarada bildi, 20 dövlətlə , o cümlədən ABŞ, Belçika, Hollandiya, Yunanıstan, Türkiyə, İtaliya, Fransa, İsveçrə, Birləşmiş Krallıq və Polşa ilə diplomatik əlaqələr quruldu.

1919-cu il iyun ayının 24-də hökümət üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri olan üç rəngli milli bayrağı dövlət rəmzi kimi təsdiq etdi. İyunun 26-dan başlayaraq  Hökümət Azərbaycan Silahlı Qüvvələrinin təşkilinə başladı və ordu quruculuğu işi yanvarın 30-kimi davam etdi. Nəticədə 30 min piyadadan və 10 min atlıdan ibarət ordu yaradıldı.

Azərbaycan höküməti həmçinin ölkədə baş vermiş kütləvi qırğın hallarını araşdırmaq üçün Fəvqəladə Təhqiqat Komissiyası da yaratdı. Dövlətin rəsmi atributlarının təsdiqindən sonra ölkə vətəndaşlığına nail olmağın əsas qaydaları da qəbul edildi, həm də rəsmən qadınla kişinin hüquq  bərabərliyi tanındı, qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanlarının hər birinin müstəqilliyi elan olundu.

Təhsil hökümət üçün ən önəmli sahələrdən biri oldu. Məktəblərin böyük əksəriyyəti Azərbaycan dilində tədrisə keçdi və icbari təhsil tətbiq edildi.

Hökümətin həyata keçirtdiyi ən böyük işlərdən biri də 1919-cu ilin sentyabr ayının 10-da Bakı universitetinin açılması oldu. Həmçinin bir-çox orta təhsil müəssisələri də yaradıldı, çoxsaylı tələbə təqaüdlə təmin edilib qabaqcıl Avropa ali məktəblərində təhsil almağa göndərildi.

Arbitraj məhkəmə və milli təhlükəsizlik sistemlərinin yaranması dövlət quruculuğunun təməl prinsipləri oldu. 1919-cu ildə Bakı-Batumi neft kəməri bərpa edildi, hökümət azad ticarət fəaliyyəti barədə qərar qəbul etdi. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı yenidən quruldu. 1919-cu ilin yayında Azərbaycanın Xəzər dəniz donanması yaradıldı.

71 il keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa edə bildi. Azərbaycan Respublikasının ağ aypara və səkkizgüşə  ulduzlu üç rəngli bayrağı yenə dalğalanmağa başladı.

İndi gənc Azərbaycan Respublikası əmin-amanlıq və sabitlik içində yaşayır, ərazisinin beşdə birindən çoxunu işğal etmiş Ermənistan istisna olmaqla qonşuları və dünyanın bütün başqa dövlətlərilə balanslaşdırılmış siyəsətə əsaslanan əlaqələr qurmuşdur.

Hazırlayan və ərəb dilindən çevirən: Fəlsəfə doktoru Zakir Qasımov
 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı