Mayın 21-də Azərbaycan Dillər Universitetində “Şimal-Cənub Politologiya Mərkəzinin Bakıdakı nümayəndəliyi, “Sodrujestvo” Mətbuat-klubunun informasiya dəstəyilə Rusiya-Azərbaycan Gəncləri təşəbbüsünün təşkilatçılığı altında Azərbaycan Dillər Universitetində “Rusiya-Azərbaycan əməkdaşlığının yeni sərhədləri: gənclər və regional əlaqələrin perspektivləri” beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Dəyirmi masada aparılan müzakirələrdə Rusiya və Azərbaycandan olan aparıcı ekspertlər, “Avrasiya ideyaları Laboratoriyası" elmi araşdırmaların dəstəklənməsi Fondunun Ekspert Şurasının sədri Qriqoriy Trofimçuk, “Xəzər-Avrasiya” Mərkəzinin rəhbəri Andrey Sızranov, Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Elmi Tədqiqatlar Laboratoriyasının direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, politoloq, Qərbi Kaspi universitetinin professoru Fikrət Sadıqov, Sputnik Azərbaycan Mətbuat-mərkəzinin rəhbəri İlqar Vəlizadə, Baku Network ekspert Şurasının direktor müavini Gülnarə Məmmədzadə, siyasi elmlər namizədi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya və siyasi idarəetmə kafedrasının müəllimi Zaur Məmmədov iştirak edirdilər.
Tədbirdə iki ölkənin ali məktəbləri, gənclər təşkilatları, ekspert mərkəzləri arasında humanitar əlaqələrin intensivləşdirilməsi kimi məsələlər müzakirə edildi.