Direktor müəllimi elə bir səbəbə görə polisə verdi ki... Lənkərandakı inanılmaz OLAYIN TƏFƏRRÜATI

Cəmiyyət 13:29 24.05.2018
Lənkəranın Gərgiran kənd orta məktəbinin tarix müəllimi Həbib Əlizadə polisə çağrılıb. H.Əlizadənin sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, buna səbəb məktəbin direktoru Ziyafəddin Cavadovun onun barəsində polisə şikayət etməsidir.
 
Şikayətin səbəbi isə H.Əlizadənin məktəb şagirdlərini paytaxta ekskursiyaya gətirmək istəməsidir:
 
“Şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində şagirdlər Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılacqdı. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Əks hada gəzinti olmayacaqdı. Bu, sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar”.
 
Məsələ ilə bağlı Lənkəran Şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbə müdiri Aslan İbrahiomov Publika.az-a açıqlamasında bildirib ki, tərəflər arasında anlaşmazlıq olub:
 
“Məktəb ucqar dağ kəndində yerləşir. Həbib müəllim qabaqcıl müəllimlərimizdəndir, məktəbin bütün kollektivi dağ kəndində şagirdlərin daha yaxşı təhsil alması üçün çalışır. Həbib müəllim 30 şagirdi Bakıya gətirərək, tarixi abidələri göstərmək istəyib. Direktor isə qida, nəqliyyat təhlükəsizliyi məsələlərini əsas tutaraq razı olmayıb. Bakıya gəzinti üçün uşaqların sənədləri toplananda müəssisə rəhbəri olaraq narahatlıq keçirib, ehtiyat edib. Gərgiran kəndindən Lənkəranın mərkəzinə gəlmək üçün nə qədər dağ yolu keçmək lazımdır. Direktor məsələnin qanuni yolla həll olmasını istəyib. Bu məsələdə aralarında mübahisə yaranıb. Direktor rəsmi olaraq heç yerə müraciət etməyib. Sadəcə Həbib müəllim vaxtından tez çılğınlıq edib. Əvvəldən bizə nə direktor, nə də müəllim tərəfindən müraciət olub. Müraciət olsaydı, mənim cavabım müsbət olacaqdı. Çünki yalnız nəzəriyyə ilə iş bitmir, şagirdlərə əyani göstərmək lazımdır. Çox yaxşı olar ki, Gəgiran kənd məktəbinin uşaqları Bakı ilə tanış olsun.
 
“Ölkəmizi tanıyaq” rublikası altında keçirilən tədbirlərdə yol polisi məktəblilərin olduğu nəqliyyat vasitələrini müşayiət edir. Biz də istəyirik ki, bu səfər daha təhlükəsiz olsun. Polislər təhlükəsizliyi təmin etməlidir, uşaqlar hər rayona keçəndə müvafiq qurumlar bu barədə məlumatlandırılmalıdır”.
 
Şöbə müdiri məsələnin artıq həll olduğunu deyib:
 
“Artıq məsələ həll olunub. Heç bir problem yoxdur. Sizdən əvvəl direktor və Həbib müəllimlə danışmışam. Bundan sonra Həbib müəllim istəyəcək, direktor icazə verəcək və şagirdləri Bakıya aparacaqlar. Əlbəttə, dərsdən kənar vaxtda aparmalıdır”.
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
Hamısı