Əl-Cəzirənin jurnalisti işğaldan azad edilmiş Cocuq Mərcanlıdan yazdı ÖZƏL

Cəmiyyət 13:57 24.05.2018

Dağlıq Qarabağ müharibəsindən sonra onilliklər ərzində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürür.

Cəbrayıl rayonu, Azərbaycan - Azərbaycanın İranla sərhədindəki Araz çayı vadisində yerləşir, Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır.

Ötən il ərzində məktəblər, idman obyekləri və yeni tikilmiş məscidin yanında evlər salınıb və onların sayı artırılır.

Ölkənin geniş qaz və neft ehtiyatları, infrastruktur və mənzil layihələrinin olması Azərbaycanda müşahidə olunann ümumi mənzərədir, lakin Cocuq Mərcanlının bərpasını vacib edən onun yerləşdiyi mövqedir.

Kənd Azərbaycan ordusunu erməni separatçılarının işğalı altında olan ərazilərdən ayıran və əvvəllər münaqişə səbəbindən yaşayış üçün yararsız olan kimsəsiz  ərazidir.

Erməni qoşunları kənddən bir neçə kilometr aralı məsafədə mövqe tutduğu üçün, orada gedən bərpa işlərini görə bilir.

Ərazi baxımından yaxın olsa da, Azərbaycan rəsmiləri bu inkişafın digər tərəfdə, əksəriyyəti yoxsulluq içində yaşayan ermənilərə göndərilən mesaj olması fikrini təkzib edirlər.

Cocuq Mərcanlıda yeni tikilmiş məscid; solda İrandakı dağları görmək olur (Şafik Mandai / Əl-Cəzirə)

Ancaq onlar simvolikanı qəbul edir.

Əlbəttə, onlar (ermənilər) bizi görə bilirlər", - deyə qonşu Füzuli rayonunun icra hakimi Əli Əliyev Əl-Cəzirəyə bildirib.

"Əlbəttə ki, onlar paxıllıq çəkirlər".

Onun fikrincə, bölgəyə yatırılan investisiyalar "xalq üçün" nəzərdə tutulub.

Sözügedən insanlar Azərbaycanın 1,2 milyondan çox qaçqın və məcburi köçkün əhalisinin bir qismidir və ya əhalinin təxminən onda biridir.

BMT-nin məlumatına görə, 1988-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsi zamanı təxminən 860,000 nəfər azərbaycanlı Ermənistan ərazisindən və ya Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından qaçmaq məcburiyyətində qaldı.

BMT həmçinin, Azərbaycanı tərk etmiş 360,000 erməni qaçqının da sayını göstərir. 

Hər iki tərəf dinc vətəndaşları hədəfə almaqda ittiham olundu, lakin itkin düşənlər, həyatının itirənlər, məcburi köçürülənlər, torpağıını itirənlər məhz azərbaycanlılar idi.

Azərbaycan torpaqlarının təxminən 20 faizi Ermənistanın iqtisadi və hərbi cəhətdən dəstəklədiyi qondarma "Artsax Respublikası" işğalı altındadır.

Ərazi yalnız Dağlıq Qarabağ bölgəsini deyil, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli də daxil olmaqla, ətraf yeddi rayonu əhatə edir.

Cocuq Mərcanlıdakı yeni evlər separatçılar tərəfindən işğal olunmuş dağlar uzaq məsafədən görünür (Qurban Bəkirov / Əl-Cəzirə)

Erməni mənbələrinə görə, bu ərazidə 150 mindən artıq əhali yaşayır, lakin bu rəqəmi Azərbaycan tərəfi mübahisəli hesab edir və bunun təxminən 40 minə yaxın olduğu bildirilir. İstənilən halda burada etnik azərbaycanlı yoxdur.

İki onillikdən artıqdır ki, məcburi köçkünlər separatçılar tərəfindən ələ keçirilən evlərinə və torpaqlarına dönməyə ümid edir.

2016-cı ilin aprel ayında ilk dəfə olaraq Azərbaycan hərbçilərinin dördgünlük müharibədə erməni silahlı qüvvələrini əzib onları geri çəkilməyə vadar etməsilə təxminən 20 kvadrat km ərazi Azərbaycan hökumətinin nəzarəti altına keçdi.

Cocuq Mərcanlı müharibə zamanı Azərbaycan əsgərləri tərəfindən tamamilə geri qaytarıldı.

1994-cü ildə atəşkəs əldə olunandan sonra bu iki tərəf arasında ən ölümcül qarşıdurma olub, hər tərəfdən yüzlərlə əsgər və mülki şəxs öldürülüb.

Azərbaycanlıların geri qaytardığı ərazi ermənilərin nəzarətində olan əraziyə nisbətən kiçik olsa da, bu çox sayda məcburi köçkünlər üçün simvolik məna daşıyaraq böyük psixoloji təsir göstərib.

İki ildən artıqdır müddətdə ilk dəfə olaraq, az sayda azərbaycanlı ermənilərin işğal etdiyi torpaqlara qayıtdı və 1994-cü ildən etibarən ilk dəfə olaraq nəzarət xətti dəyişdi.

Oqtay Həziyev 1993-cü ildə yeniyetmə ikən erməni qüvvələrindən bir neçə yüz metr aralıda Cocuq Mərcanlıdan qaçıb.

Oqtay Həziyev Azərbaycanda evinə qayıda bilən azsayda məcburi köçkünlərdən biridir (Şafiq Mandai / Əl-Cəzirə)

"Bu, yaxşı bir hissdir, biz çoxdan itirilmiş torpaqlarımıza qayıtmışıq", o yeni tikilmiş məscidin həyətində Əl-Cəzirəyə dedi.

"Böyüdüyün torpaq həmişə səninlə qalır, ona görə də biz onu geri alanda bura qayıtdım".

Cocuq Mərcanlıdan təxminən bir neçə kilometr şimalda, 1990-cı illərdə atəşə  tutularaq dağıdılmış Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin çobanyastığı sahələri ilə və dağıntılarla əhatə olunmuş qəbiristanlıq var.

Ermənistan mövqelərindən yalnız bir neçə yüz metr aralıda kiçik təpələr və səngərlərdə snayper atışlarından müdafiə olunan Azərbaycan əsgərlərinin bölməsi yerləşir.

Tez-tez hər iki tərəfdən itkilərlə nəticələnən toqquşmalar baş verir.

2017-ci ilin iyul ayında erməni qoşunları yaxınlıqdakı Alxanlı kəndini atəşə tutarkən azərbaycanlı uşaq və onun nənəsi öldürülüb.

Azərbaycanın yerli hərbi komandiri, mayor Tahir Qulamov, Əl-Cəzirəyə bildirib ki, onun bölmələri üçün münaqişənin şəxsi tərəfi var.

"Buradakı əsgərlərin əksəriyyəti məcburi köçkünlərdir", o güllələrlə oyulmuş məzar daşlarının yanında durarkən dedi.

"Bu qəbirləri görən hər bir əsgər torpağımızı geri qaytarmaq üçün əmr gözləyir".

Aşağı Əbdürrəhmanlıda, erməni mövqelərindən bir neçə yüz metr məsafədə güllələnmiş qəbirlər (Şafiq Mandai / Əl-Cəzirə)
 
Torpaqlarını və evlərini itirməyin kədərini yaşayan əsgərlərin çoxu 2016-cı ildə gedən döyüşlərdə daha çox ilhamlanmışdı.

Toqquşmalar qeyri-müəyyən şərtlərdə qələbə sayılır və 1990-cı illərin əvvəllərindən fərqli olaraq, azərbaycanlıların erməni tərəfi üzərində hərbi üstünlüyə malik olmasına dair inam var.

Dünya Bankının məlumatlarına görə, Azərbaycanın hərbi xərcləri 1994-cü ildə 13,8 milyon dollardan 2015-ci ildə təxminən 3 milyard dollara çatıb.

Ölkənin neft və qaz sərvətinə malik olması ABŞ, Rusiya, Türkiyə və İsraildən olan ən müasir silahların alınması üçün imkan yaradıb.

"Biz ermənilərə 2016-cı ildə yaxşı cavab verdik", - Qulamov dedi və əlavə etdi ki, onun ordusu gələcəkdə baş verəcək hər hansı münaqişədə işğal olunmuş ərazilərin hamısı geri qaytarılanadək döyüşəcək.

"Əlbəttə, mən torpaqlarımızın sülh yolu ilə geri alınmasını istəyirəm, amma sülh yolu ilə olmazsa, müharibə yolu ilə."

Füzulidə atəşə məruz qalmış evlər (Qurban Bakirov / Əl-Cəzirə)

Hərb sahəsindəki irəliləyiş Azərbaycan dövlətinin ÜDM-ni 2004-cü ildə 8,7 milyard dollardan 2014-cü ildə 75 milyard dollara, 2016-cı ilədək isə 37,8 milyard dollara çatdığı onlillik boyu davam edən bum zamanı qazandığı yeganə şey deyil.

Hökumət məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 1990-cı illərdə tikilmiş köhnə binaların yerində yeni mənzil bloklarının salınmasına xeyli vəsait sərf edib.

Rəsmilər hesab edir ki, 1,2 milyon məcburi köçkün və qaçqınların 350 mindən çoxu bu cür obyektlərə köçürülüb.

Ancaq çox sayda insanın yeni evlər gözləməsi məsələnin miqyasının böyük olduğunu deməyə əsas verir.

Göydələnlər və parlaq alış-veriş mərkəzləri olan paytaxt Bakıda 2000 məcburi köçkün ailənin yaşadığı Sovet dövründən qalan yarıuçmuş tələbə yataqxanasına getmək üçün yalnız beş dəqiqəlik məsafə ayırır.

Bu ərazidə köhnə Sovet binaları son illərdə  sakinlər damlarda yeni artırmalar etdiyi üçün daha hündür olub.

                                                          Biz Dağlardan gəlmişik. Biz şəhərli  deyilik

                                                                MAHMUD CEYROV, BAKIDAKI MƏCBURİ KÖÇKÜN

Torpağın üzərində ət və çörək satan evlərə bitişik metal örtüklü kiçik dükanlar var.

Oradan Mahmud Ceyrov evinə, ailənin altı üzvünün yaşadığı asılmış ədyalla ikiyə bölünmüş kiçik otağa qapı açıb.

Elektrik telləri başının üstündən asılmış vəziyyətdədir o və narıncı közərtisi olan işığın yanması üçün iki məftilə doğru uzandı.

Əslən indi erməni nəzarəti altında olan Füzulinin kəndindən olan Ceyrov və ailəsi  20 ildən çoxdur ki, digər minlərlə insanla yanaşı Bakının mərkəzindəki kiçik daxmada yaşayıblar.

Lakin yaxın gələcəkdə daha yaxşı yaşayış şəraitinin olacağına dair verilən vəd onu həyəcanlandırmır.

"Buranı yenidən qurmaq üçün kiməsə ehtiyacım yoxdur", o dedi.

"Mənə öz torpağım lazımdır ... mən yalnız torpağıma qayıdarkən və öz evimi qurduğum zaman xoşbəxt olacam.

"Biz dağlardan gəlmişik, şəhərli deyilik."

Azərbaycanın paytaxtı Bakıda məcburi köçkünlər yarıuçmuş binada yaşayırlar (Şafiq Mandai / Əl-Cəzirə)

Shafik Mandhai

Şafiq Mandai

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı