10-14 may 2018-ci il tarixində Kənd Təsərüfatı Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov Çinin paytaxtı Pekində keçirilən Beynəlxalq Dequstasiyada hakim dequstator qismində iştirak edib. Tariyel Pənahovun Eurasia Diary-yə verdiyi məlumata görə, tədbirdə 350 ölkədən nümayəndə iştirak edirdi. Dünyanın 47 ölkəsindən 9186 şərab nümunəsi təqdim olunmuşdu. Qeyd edək ki, şərablara qiymət verən 71 dequstatordan biri də Azərbaycanı təmsil edən Tariyel Pənahov olub. O bildirinb ki, tədbirdən sonra "Çin Şərab Xəbərləri" qəzetinə Azərbaycanın üzümçülük-şərabçılığı haqqında geniş müsahibə də verib. “Mən Pekində onlara Azərbaycan üzümçülük-şərabçılıq, Qafqazda üzümçülük-şərabçılıq, SSRİ üzümçülük-şərabçılıq və dünya üzümçülük-şərabçılığı haqqında danışdım. Onlar üçün də Azərbaycan haqqında eşitmək çox maraqlı idi”. Tariyel Pənahov bu səfərin çox uğurlu olduğunu qeyd etdi: “Pekin səfərim çox uğurlu oldu. Çin kimi böyük bir dövlətdə əgər Azərbaycan üzümçülük-şərabçılığına, azərbaycanlı mütəxəssisə diqqət yetirilirsə və bu da onların mətbuatında dərc olunursa, bu bizim üçün böyük uğurdu.” Tariyel Pənahov gələn il belə bir tədbirin İsveçrədə reallaşacağını dedi. Pekində keçirilən Beynəlxalq Dequstasiyada Azərbaycan şərabnın bürünc medala layiq görüldüyünü qeyd edən institut direktoru bu səfərdən sonra İtaliyada keçirilən festivala qatıldığını qeyd etdi. “Bilirsiz ki, İtaliya, Fransa və İspaniya dünya üzümçülük-şərabçılığının mərkəzidir. İtaliya kimi bir ölkədə 1500 şərabın içərisində məhz Azərbaycan şərabının 2 qızıl 1 gümüş medal alması çox böyük uğurdur.