Bu gün Göygölə dolu yağıb.
Bu gün saat 18.00 radələrində Qərb bölgəsinin bəzi rayonlarına yağış yağıb.
Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib.
Rayon İcra Hakimiyyəti Aparatından verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub.
Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.
***
Bu gün axşam saatlarından etibarən İsmayıllıda da hava şəraiti pisləşib.
Kənd sakinlərinin Axar.az-a verdiyi məlumata görə, güclü külək və yağış İsmayıllının Qalınçaq kəndində bir neçə tövləni uçurub, ağacları kökündən qoparıb.
Hava şəraiti insanların evlərinə geri dönməsinə maneə olub, kənd təsərrüfatına ciddi ziyan vurub.