Əflatun Amaşov Mariya Zaxarovadan yazdı

Cəmiyyət 21:40 17.06.2018
“Zaxarova ayrıca anti-Azərbaycan adasıdır...”
 
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarova haqqında yazıb.
 
Bu barədə məlumat verilir ki, sosial şəbəkədə bu barədə fikirlərini açıqlayan Ə.Amaşov xanım Zaxarovanın fəaliyyətini tənqid edib. MŞ səri aşağıdakıları yazıb: “Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanı anlamaq olduqca çətindir. Bəzən elə təəssürat yaranır ki, ölkənin Xarici İşlər Nazirliyinin ümumiyyətlə Rusiyaya aidiyyatı yoxdur. Əlbəttə, belə vəziyyətin yaranmasında nazir Sergey Lavrovun da ermənipərəst mövqeyinin böyük təsiri var. Ancaq mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-azərbaycan adasıdır. Bilmirəm, bəlkə nə vaxtsa Azərbaycanla, yaxud azərbaycanlılarla bağlı şəxsi müstəvidə xoşagəlməz yaşantısı olub, ya nədir, konkret söz demək çox çətindir. Ancaq departament direktorunun sivil normaları aşdığı göz önündədir”.
 
Ə.Amaşov daha sonra bu statusu yazmasına səbəb olan olayın təfərrüatlarını da açıqlayıb: “Məlumdur ki, bu il iyunun 1-də Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransında “Trend” İnformasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda separatçı rejimin nümayəndələrinin də iştirakının vacibliyinə dair fikrini diqqətə çatdırmış və direktor müavindən məsələyə münasibət bildirməyi xahiş etmişdi. A. Kojin isə suala cavabında bildirmişdi ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar konstruktiv deyil. Bununla bağlı konkret video-görüntü var və buna rəğmən sözügedən brifinqin Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş mətnində Ermənistanın baş nazirinin mövqeyinin deyil, «Trend»in müxbirinin qeyri-konstruktiv olduğu önə çəkilib. O da məlumdur ki, Azərbaycanın media ictimaiyyəti iyunun 5-də məsələ ilə əlaqədar Mariya Zaxarovaya müraciət etmişdi. 
 
Görünür, üzərindən on gün keçəndən sonra M.Zaxarova öz müavini Kojinin əlinə-ayağına bulaşdırdığı mövzuya yeni rənglər qatmaq qərarına gəlib. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, «Trend» İA-nın müxbiri mətbuat konfransında ümumiyyətlə ağzına su alıb oturmalıymış. Zaxarova XİN-in saytındakı açıq təhrifə görə üzrxahlıq etmək əvəzinə həmin təhrifə bir növ, haqq qazandırır”.
 
Ə.Amaşov həmçinin yazıb ki, M.Zaxarova bu açıqlaması ilə nəinki diplomatik prinsiplərə, bütövlükdə etik davranış qaydalarına həqarətlə yanaşır: “Onun kor inada hesablandığı aşkar görünən mövqeyini anlamaq həqiqətən çox çətindir. Ortada fakt var. Faktın Rusiyanın Xarici İşlər Nazirliyinin saytında təhrif olunmuş formada təqdimatı var. Görünür, Ermənistan kimi forpost daxilində Kojinin məlum cavabına görə qalxan hay-küy Rusiya kimi böyük ölkənin xarici siyasət idarəsinin nüfuzundan daha vacib və üstündür. Zaxarovanın şəxsində Rusiya XİN-in bu duruma düşməsindən bir daha təəssüflənirik. Görünür, Rusiya XİN-də mövcud olan məsuliyyətsizlik mühitinə ölkənin geniş ictimaiyyətinin diqqətini çəkmək lazımdır. Buna görə biz Azərbaycanın media ictimaiyyəti olaraq məsələ ilə bağlı Rusiyanın müvafiq qurumlarına yeni müraciətlər ünvanlamağı düşünürük. Çalışmalıyıq ki, Azərbaycanlı jurnalistə münasibətdə həyata keçirilən bu biabırçı yanaşma eyni zamanda Rusiya cəmiyyətində geniş müzakirə olunsun”.
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı