Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm vəzifəsindən azad olunub.
O bu barədə Feysbuk hesabında qeyd edib. O, işindən öz xahişi ilə ayrıldığını bildirib.
Qeyd edək ki, E.Miraləm 14 il komitədə çalışıb, fəlsəfə doktoru və Prezident mükafatçısıdır.