İsmayıllı rayonunda Qalacıq çayı üzərində yerləşən körpünün bir hissəsi çöküb.
Bu barədə kənd sakinləri bildiriblər.
Nəticədə Qalacıq kəndinin rayon və digər kəndlərlə əlaqəsi tamamilə kəsilib. Sakinlər bildirirlər ki, bir neçə gün bundan əvvəl leysan yağışların yağması nəticəsində gələn sel körpünün ətrafındakı torpaq qatını yuyub aparmışdı.