Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi

Cəmiyyət 19:49 22.06.2018

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurası  gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

“Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsi 22 iyul Milli Mətbuat Gününə həsr olunur.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

Mükafatlandırılma aşağıdakı formada aparılacaqdır:

I yer – 1 nəfər - 1000 manat

II yer – 1 nəfər - 800 manat

III yer – 1 nəfər - 500 manat

Həvəsləndirici mükafat 10 nəfər - 100 manat

Müsabiqənin istiqamətləndirici mövzuları aşağıdakılardır:

1.Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyevin davam etdirdiyi müasir gömrüyün inkişafı və perspektivləri;

2.Azərbaycan Respublikasının gömrük qanunvericliyi, müasir tələblər və çağırışlar;

3.Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət, gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində görülən işlər;

4.Gömrük nəzarətinin təşkili, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları və əhəmiyyəti;

5.Elektron gömrük, Azərbaycanda bu sahədə görülən işlər, dünya praktikası;

6.Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən komleks tədbirlər, gömrük sərhədlərinin müdafiəsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri;

7.Gömrük-Biznes əməkdaşlığı;

8.Azərbaycan Gömrüyü beynəlxalq gömrük ailəsinin etibarlı tərəfdaşı kimi;

Qiymətləndirmə meyarları:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi.

Müsabiqədə iştirak üçün şərtlər:

1.     Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər;

2.     Müsabiqəyə təqdim olunan yazı 11 min işarədən artıq olmamalıdır;

3.     Müsabiqəyə təqdim olunmuş yazıda (KİV-də çap olunmuş, yayımlanmış mətndə) “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır;

4.     Müsabiqəyə  22 iyun 2018-cü il tarixdən 17 iyul 2018-cü il tarixədək qəzet, jurnal, informasiya agentliklərində və elektron media resurlarında yayımlanmış yazılar buraxılır;

5.     Konkret kütləvi informasiya vasitəsində çalışmayan şəxslərin müsabiqəyə yazı təqdim etməsi yolverilməzdir.

Yazıların təqdim edilməsi:

 

Müsabiqəyə sənədlərin qəbulu rəsmi iş günləri saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına həyata keçiriləcəkdir.

Müsabiqəyə təqdim olunmalıdır;

1. Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

2. Yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış);

3. Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu və mobil telefonu;

4. Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;

5. Yazı diskdə word faylında (müəllifin adı göstərilməməklə times new roman şriftində). Yazı elektron media resursunda yayımlanıbsa, link diskə əlavə olunur;  

6. Materialın yazılı formada A4 formatlı kağız vərəqində 1 nüsxəsi (müəllifin adı göstərilməməklə);

7. Təqdiman zamanı müsabiqə şərtlərindən hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul olunmayacaqdır.

Qeyd: Müsabiqəyə yazılar [email protected] elektron ünvanına da göndərilə bilər. Bu zaman təqdimata yazı özü (word faylında, imzasız), qəzet, jurnal nüsxəsi (PDF, JPG, yaxud word faylında), elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link, həmçinin müəllifin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud word faylında), əlaqə vasitələri (PDF, JPG, yaxud word faylında) əlavə olunmalıdır.

Müsabiqə mükafatçılarının adları 22 iyul Milli Mətbuat Günü ərəfəsində açıqlanacaqdır. 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Hamısı