“Su-müharibə maşını” sənədli filminin təqdimatı olub

Cəmiyyət 18:22 27.06.2018
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilmiş “Su-Taleyi dəyişmiş həyat mənbəyi” layihəsi çərçivəsində dörd dildə (azərbaycan, ingilis, rus və ərəb) hazırlanmış “Su- müharibə maşını” sənədli filminin təqdimatı olub. Filmdə işğal altındakı ərazilərdən axan çay və su mənbələrinin çirkləndirilməsi, Sərsəng su anbarının Ermənistanın işğalçı ordusu tərəfindən qarşısının alınması nəticəsində, cəbhəxətti rayonlara vurulan ziyan, yaranmış ekoloji böhran və cəbhə xəttinə yaxın yaşayan insanlarımızın üzləşdiyi su problemi əks olunub. Qeyd edək ki, qısametrajlı sənədli film formatında hazırlanana “Su-müharibə maşını” martın 17-23 tarixləri arasında Braziliyanın paytaxtında keçirilən 8-ci Beynəlxalq Su forumunda xarici ekspert və siyasətçilərdən ibarət auditoriyaya təqdim olunub. Azərbaycanı bu forumda BAMF-ın nümayəndə heyəti təmsil edib. BAMF-ın prezidenti Umud Mirzəyev işğal altındakı ərazilərdən ölkəmizə axıb gələn çayların çirkləndirilməsini, qarşısın kəsilməsini, eləcə də müxtəlif partladıcı qurğuların axıdılmasını yol verilməz olduğunu və beynəlxalq hüquqa zidd olduğunu bildirib. Sənədli film bu mövzu ilə bağlı müxtəlif dillərdə təqdim edilən ilk təşəbbüs olduğunu deyən U.Mirzəyevin bu istiqamətdə işlərin daha çox beynəlxalq auditoriyaya çıxarılmasının əhəmiyyətinə toxunub.  Filmdə su məsələləri üzrə beynəlxalq ekspert “Dünya Su müharibələri” kitabının müəllifi Adel Dərvişin, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müsahibələri yer alıb. Filmdə Ermənistanın Azərbaycana qarşı ekoloji təcavüzü dayandırmasını tələb edən "Azərbaycanın sərhəd bölgələrində yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi" adlı, 2085 saylı qətnamənin tələblərinə dair müddəalar da yer alıb. Filmdə Umudlu kənd sakini İlqar Qasımov, Laçın rayonundan olan məcburi köçkün Papır Əliyev suyun əkin-biçin sahələri üçün əhəmiyyətindən danışır və həqiqətən də susuzluqdan əziyyət çəkdiklərini vurğulayırlar.  
 
Filmdə işğal nəticəsində Azərbaycanın su təsərrüfatına dəyən ziyan haqda maraqlı statistikalar qeyd olunur. “Ermənistan ərazisindən Azərbaycana müxtəlif sululuqlu 11 çay daxil olur. Bu çayların ümumi su ehtiyatları 2.54 km3 təşkil edir. Həmin çayların kimyəvi və radioaktiv maddələrlə, partladıcı maddələrlə, plastik qablarla, kanalizasiya suları ilə çirkləndirilməsi, çay yataqlarının dəyişdirilməsi regionun ekosisteminin deqradasiyasına ciddi təsir göstərmişdir. Tərtər çayı, Xaçın çayı, Qarqar çayı, Tovuz çay, Ağstafa çay vasitəsilə axıdılan yüzlərlə mina və partlamamış hərbi sursat insanların sudan istifadəsinə ciddi təhlükələr yaratmışdır. 10 -larla gənc, yeniyetmə sudan tapdıqları partladıcı qurğulara toxunan an partlayış nəticəsində həlak olmuş və ya yaralanmışdırlar.  
 
Təqdimatda 40 dan çox media və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu cür mövzulara toxunulmasının və beynəlxalq səviyyədə təqdim olunmasının vacibliyi bir daha vurğulanıb. Çıxışçılar arasında Elçin Mirzəbəyli, Arzu Nağıyev, Azər Həsrət, Aqil Camal, Namiq Mayılov aktual məsələ olan su problemini qlobal səviyyədə professional olaraq təqdim edildiyini bildirdilər. BAMF-ın BMT səviyyəsində beynəlxalq arenada su problemini qaldırmasını və məcburi köçkünlərin çətinliklərini daim diqqətdə saxlamasını təqdirə layiq hal hesab etdilər. Əliməmməd Nuriyev QHT Şura adından layihəni həyata keçirən BAMF kollektivinə və filmin ərsəyə gəlməsində başda Umud Mirzəyev olmaqla komanda heyətinə öz təşəkkürünü bildirdi və bu cür ideyaların və layihələrinin gələcəkdə də dəstəkləməsinin vacibliyini vurğuladı. 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
Hamısı