Mərdəkan-Qala avtomobil yolu da bərpa edilir

Cəmiyyət 16:36 17.07.2018
Dövlət başçısının tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu Bakı şəhəri üzrə  uzunluğu 107,8 km olan 13 yol infrastrukturu layihəsinin icrası həyata keçirilir. Bu layihələrdən biri 55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 km-lik Mərdəkan-Qala hissəsinin bərpasıdır.
 
Agentlikdən verilən məlumata görə. Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 8-13-cü km-liyini əhatə edən Mərdəkan-Qala hissəsi uzun müddət istismar olunduğuna görə tam uzunluq boyu deformasiyaya uğramış, çoxlu çatlar əmələ gəlmiş, bir çox hissələrdə asfalt-beton örtük tamamılə dağılmışdır. Yol boyu çiyinlərin bərkidilməsi, həmçinin əhalinin təhlükəsiz hərəkəti üçün səkilərin inşasına zərurəti yaranmışdır. Bütün hərəkət iştirakçılarının rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində AAYDA tərəfindən sözügedən yolda kompleks tədbirlərə start verilib.
 
Hazırlanmış layihəyə uyğun olaraq avtomobvil yolu II texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün frez maşını ilə asfalt-beton örtüyü profilə salınıb, yolun deformasiyaya uğramış hissələri 50 min kub.m həcmdə qazılaraq çıxarılıb. Hazırda qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılır. Bu işlərin həcmi 66 min kub.m-dir.
 
Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyat borular atılır. Torpaq yatağı hazır olan hissələrdə optimal-çınqıl qarışığı ilə 22 sm hündürlükdə əsasın alt layının və qum-qırmadaş qarışığı ilə 16 sm qalınlıqda əsasın üst layının təmiri aparılır. Bu işlər 87 min kv.m sahəni əhatə edir. Yol əsasının hazır olan hissələri isə əlaqələndirici bitum səpilməklə asfaltlanır. İri və xırda dənəli olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kv.m sahəni əhatə edəcək.
 
Texnoloji ardıcıllığa uyğun olaraq çiyinlərin çınqılla bərkidilməsi, həmçinin vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə 2650 paqon-metr uzunluğunda səkilərin inşası və kənarlarına səki daşlarının düzülməsi, yolun 630 m-lik məsafəsində 4 hərəkət zolağı olduğu üçün ayrıcı zolağın tikintisi və üzərinə 810 kv.m sahədə tamet daşların döşənməsi işləri aparılacaq.
 
Yolun sağ tərəfində 520 mm-lik qaz kəməri yerləşdiyinə görə, əyrixətli metal tirlərdən mühafizə çəpırlərin tikilməsinə ehtiyac var. Bu məqsədlə yolun kənarına 2910 paqon-metr uzunluğunda əyrixətli dəmir tirlər və dirəklər quraşdırılacaq. Bundan başqa layihə boyu hərəkət hissəsinə yaxın olan 100 mm-lik 374 p/m uzunluğunda qaz xətlərinin, 75 p/m uzunluğunda isə su xətlərinin dəyişdirilməsi, bəzi hissələrdə 2100 kv.m mühafizə divarlarının tikilməsi nəzərdə tutulub.
 
Tikinti norma və qaydalarına uyğun olaraq aparılan işlər zamanı yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə ehtiyac olduğu üçün, yol boyu 154 ədıd işıq dirəkləri quraşdırılacaq, 1200 kv.m sahədə yol ayrıcı və yol birləşmələri təmir ediləcək. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 15 km uzunluğunda yolcizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
 
Əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilməklə təmir-tikinti işlərinin tərtib olunmuş qrafikə uyğun payız aylarında yekunlaşdırılması planlaşdırılır.
Aprelin 26 da Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov-VİDEO

Xəbər xətti

Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Aprelin 26 da Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov-VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Hamısı