İki yeniyetmə özlərindən yaşca böyük şəxsə qoşularaq mənzillərdən soyğunçuluq ediblər.
DİN-dən verilən məlumata görə, Sulutəpə qəsəbəsindəki mənzillərin birindən 50 manat pul, 300 manat dəyərində qızıl əşyalar və planşet oğurlanıb.
Oğurluq hadisəsi ilə bağlı Binəqədi RPİ 40-cı PB əməkdaşlarının əməliyyat-axtarış tədbirləri həyata keçirib və mənzildən oğurluq edən şəxsləri tutublar. Məlum olub ki, mənzili soyanlar əvvəllər məhkum olunmuş Kənan Tağıyev və ona qoşulan iki yeniyetmədir. Hər üç şəxs saxlanılıb.