700 bal topladığımı biləndə inanmadım.
Bunu Bakı şəhəri 6 nömrəli məktəb-liseyinin məzunu Nərmin Əhədova bildirib.
Onun sözlərinə görə, bundan əvvəlki qəbul imtahanında 657 bal toplayıb:
"700 bal toplayacağımı gözləmirdim. Çox sevindim.Bakalavr təhsilimi Azərbaycan Tibb Universitetində alacam. Daha sonra təhsilimi Almaniyada davam etdirmək istəyirəm".
"Uğuruma müəllimlərim və sinif yoldaşlarım sevindilər. Anam və atam nəticələrdən sonra məni qucaqladılar. Sevindik. Çünki 700 bal gözləmirdik.Çox gözəl bir hissdir".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib. 15 nəfər 700 bal toplayıb. (oxu.az)