22-23 avqust – Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildiriblər.
Avqustun 24-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.