Bu il MİQ imtahanından keçənlərin maaşı necə hesablanacaq? - RƏSMİ | Eurasia Diary - ednews.net

18 Noyabr,


Bu il MİQ imtahanından keçənlərin maaşı necə hesablanacaq? - RƏSMİ

Cəmiyyət A- A A+

Bu il MİQ (Müəllimlərin İşə Qəbulu) üzrə müsabiqədə uğur qazanan müəllimlərin maaşı Diaqnostik  Qiymətləndirmə imtahanında iştirak edənlərdə olduğu kimi hesablanacaq. 

Bu barədə AzEdu.az-ın sorğusuna Təhsil Nazirliyindən cavab verilib:

“Nazirlikdən bildirilib ki,  “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na uyğun olaraq müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanan müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.

Həmin müəllimlərə verilən əmək haqqı bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etmiş müəllimlərdə olduğu kimi yeni qaydada artımla ödəniləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...