Orfoqrafiya Komissiyası bir sıra sözlərin yazılışının dəyişdirilməsi barədə qərar qəbul etdi | Eurasia Diary - ednews.net

18 Noyabr,


Orfoqrafiya Komissiyası bir sıra sözlərin yazılışının dəyişdirilməsi barədə qərar qəbul etdi

Cəmiyyət A- A A+

Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.

Eurasia Diary report-a istinadən xəbər verir ki, mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılacaq: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s.

Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress - ekspres, konqress-konqres, stress - stres və s.

Rum rəqəmlərindən sonra şəkilçi yazılmayacaq: beşinci - V, onuncu - X və s.

Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...