Deputatdan maraqlı addım - az bal toplayan tələbələrlə... | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


Deputatdan maraqlı addım - az bal toplayan tələbələrlə...

Cəmiyyət A- A A+

Milli Məclisin Deputatı Tahir Mirkişili Sumqayıtda ali məktəblərə ən aşağı balla qəbul olan tələbələrlə görüş keçirib.

Bu barədə deputat şəxsi Feysbuk səhifəsində məlumat paylaşıb.

Deputatın 300-dən az bal toplayan tələbələrlə görüşü maraqlı diskussiya şəraitində keçib. T.Mirkişili bildirib ki, əsas məqsəd onların tədris prosesində daha yaxşı nəticə göstərmələrini təlqin etmək olub:

“Ölkə iqtisadiyyatının peşəkar kadrlara böyük ehtiyacı var. Dünyada texnologiyalar sürətlə inkişaf edir. Dünya xeyli sayda uğurlu insanlar var ki, universitetlərə yüksək balla daxil ola bilməyiblər. Ancaq sonradan onların ideyaları və innovativ fəaliyyəti çox uğurlu olub. Buna görə də bizim tələbələr də oxuduqları illərdə daha əzmkar olmalıdırlar. Yeni ideyalara sahib olmalıdırlar. Yaradıcı olmalıdırlar. Daim öz üzərinizdə çalışıb bilik və bacarıq əldə etməlidirlər. Yaxşı vətəndaş olmalıdırlar. Belə olacaqsa, heç şübhəsiz ki, böyük uğurlara imza atmış olacaqlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...