DQ və MİQ nəticələrinə görə dərs saatları bu cür hesablanır - Müəllimlərin diqqətinə | Eurasia Diary - ednews.net

18 Noyabr,


DQ və MİQ nəticələrinə görə dərs saatları bu cür hesablanır - Müəllimlərin diqqətinə

Cəmiyyət A- A A+

Dərs bölgüsü zamanı müəllimlərin dərs saatının hesablanması necə müəyyənləşdirilir?

Eurasia Diary AzEdu.az-a istinadən ixtisas balına uyğun olaraq dərs saatının necə nəzərə alındığını açıqlayır:

Diaqnostik Qiymətləndirmə zamanı müəllimlərə, ümumilikdə 60 olmaqla,  40 ixtisas, 20 ədəd isə kurikulumdan test tapşırığı təqdim olunur.

Müəllimlərin İşə Qəbul imtahanları zamanı isə müəllimlərə, ümumilikdə 60 olmaqla,  40 ixtisas, 10 kurikulum, 10 ədəd isə məntiqdən test tapşırığı təqdim olunur.

Müəllimlərin dərs yükü müəyyən edildiyi vaxt, onların dopladığı DQ və MİQ balı (ixtisas üzrə) nəzərə alınır. Beləki, müəllimin DQ və MİQ-də topladığı bal,

0-10 bal olduqda – 0-6 saat;
11-20 bal olduqda- 7 -8 saat;
21-30 bal olduqda – 9-12 saat;
31-35 bal olduqda – 13-18 saat;
36-40 bal olduqda – 18-36 saat dərs yükü müəyyən edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...