Qaçqın düşən elinin yaşadığı yerdən oxuduğu məktəbdən dəhşətə gələn gənc müəllim

Cəmiyyət 20:20 20.09.2018

Eurasia Diary ingilis dili müəllimi, öz dili ilə desək, Laçınsız doğulan laçınlı Şəbnəm Cəbrayılın Laçın kədərindən bəhs edən yazını təqdim edir:

Şəbnəm Cəbrayıl AzEdu.az və "Gənc müəllim" şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən "İlin gənc müəllimi" müsabiqəsinin qalibidir. O, hazırda Ağcabədi rayon Taxtakörpü qəsəbə tam orta məktəbində fəaliyyət göstərir.

Laçına görünən yol…

Şəbnəm Cəbrayıl: “Bakıdan, bu gözəl şəhərdən yalnız Laçına gedərəm…”

“Doğulduğum, ilk addım atmağı öyrəndiyim ata yurdumdan uzaqlarda çoxlarımıza qucaq açan Bakı... Burada keçən uşaqlıq illərimdə mənim üçün doğmalaşan şəhər... Bu gözəl şəhərdən artıq yalnız Laçına gedərəm, deyə bir arzu vardı qəlbimdə... Yalnız xeyir və şərdə gördüyüm, bəzən isə təsadüfən qarşılaşaraq söhbət etdiyim, “Uşaqlığın indiki kimi yadımdadır"-deyən qohum-əqraba ilə söhbət sonsuz acı verirdi mənə. Hər dəfə də onlardan ayrıldıqdan sonra gah sevinir, gah da kədərlənirdim”, - deyir Şəbnəm Cəbrayıl...

“Axı niyə doğma insanlarla görüşməyimizə, ya kimlərinsə toy-düyün etməsi, ya da dünyadan köçməsi səbəb olur?!”

“Bəs sonra?... 20 il sonra necə olacaq?! Laçında doğulanlar dünyadan köçdükcə, Laçınsız doğulanlar laçınlı ola biləcəklərmi? Bütün bu cavabını verə bilmədiyim suallar qəlbimi didik-didik edirdi. Ancaq laçınlıların bir qisminin birgə yaşadıqları bir yerin olduğunu bilirdim -"Taxtakörpü" qəsəbəsi... Açığı, bu yer haqda elə də dərin bilgim yox idi. Sadəcə yayı çox isti keçən, həm təbiəti, həm də şəraiti ilə Laçının tam əksi olan olan bir yer olduğunu bilirdim. Laçından uşaq yaşda ayrılsam da, rayon, kənd təsəvvürü xəyalımda orada olduğu kimi yaşıl çəmənlər, çiçəkli yamaclar, sərin bulaqları olan uca dağlar olaraq canlanırdı. Bir sözlə, nağıllardakı cənnət kimi”.

Başlanğıca doğru: “Taxtakörpü”yə gedən yol…

Şəbnəmin fikrincə,  həyat yolları elə keşməkeşlidir ki, kimin nə zaman hansı küçədən və hansı kəsə yoldan keçəcəyini bilmək olmur.

“Bax beləcə, Bakıda yaşadığım 19 ildən sonra tale mənim də yolumu "Taxtakörpü"dən saldı...” – deyə, gənc müəllim söhbətinə davam edir:

“Həyatımda yeni bir səhifə açılmışdı. Uzun illər öyrəşdiyim mühitdən uzaqlaşıb, tamam fərqli bir yerdə, heç vaxt görmədiyim, ünsiyyətdə olmadığım doğma laçınlılarımın əhatəsində yaşayacaqdım. Qarşıda məni gözləyən çətinliklərin fərqində olsam da, qərar verərkən bir an belə tərəddüd etməmişdim... "Taxtakörpü"yə yola düşərkən, tozlu-torpaqlı yolları, bomboz düzənlikləri, cansıxıcı mənzərəni seyr etdikcə, görəsən, zamanında Azərbaycanın ən gözəl guşələrindən birinə sahib olan insanların məskunlaşmaq üçün niyə məhz belə bir yeri seçdiklərini düşünür, sonra da canlarını, körpələrini düşmənin pəncəsindən zorla qurtaran insanların məgər seçim edəcək hallarımı vardı?-deyə düşünərək özümü xeyli qınayırdım”.

“Taxtakörpü”yə gedən yolun sonu, əsl başlanğıc

"Beləcə, yol bitdi, bəzilərinin dili ilə desəm,  “ikinci Laçına çatdım”.

“Artıq "Taxtakörpü"də idim... Deyilənə görə, mən hələ buranın "ən yaxşı" vaxtına gəlmişdim. Palçıqlı küçələri, dəmir vaqonları, o vaqonlarda 20 il ömür sürən insanların çətinliklərini görməmişdim. Mən gələndə artıq burada qəsəbə salınmışdı. Yəni bu hələ "yaxşısı imiş"”, - deyə əlavə edir.

Müəllim deyir ki, orada gördüyü heç nə düşündüyü kimi deyildi.

“Burada Laçına bənzəyən sadəcə bir şey var idi, o da küçədə qarşına çıxan hər kəsin laçınlı olması...”

Şəbnəm Cəbrayıl: “Bir müddət burada yaşadıqdan sonra, buradakı uşaqlara müəllimlik etmək qərarına gəldim. Pedaqoji fəaliyyətimə Vağazain kənd 1 saylı orta məktəbində başlayacaqdım. İşə başlayacağım günü səbirsizliklə gözləyirdim. Məktəb haqqında isə sadəcə onu bilirdim ki, məktəb binasını Yaponiya səfirliyi məcburi köçkünlərə yardım məqsədi ilə inşa etdirib”.

Yeni yol - Vağazinə doğru…

“Beləliklə 2012-ci ilin sentyabr ayının 15-də evimizdən xeyli uzaqda yerləşən Vağazin kəndinin camaatının məskunlaşdığı Vağazin obasına doğru yola düşdük.

Bu yerləri ilk dəfə idi, görürdüm. Öz doğma yurdlarından, ev-eşiklərindən didərgin düşən insanlarımız adını belə ilk dəfə burada eşitdiyim daxılları özlərinə ev-eşik etmişdilər. Bu mənzərəni seyr etdikcə necə üzüldüyümü, hansı hissləri keçirdiyimi sözlərlə ifadə etməyə aciz qalıram. Amma ən dəhşətli hissi yoldaşımın "artıq çatdıq, məktəbdəyik"-dediyi zaman yaşadım. Etiraf edim ki, bir neçə dəqiqə danışa bilməmişdim”.

Vağazində yaponların tikdiyi "əzəmətli məktəb binası"

“Xəyalımda canlandırdığım məktəblə bağlı bütün fikirlərim alt-üst olmuşdu. Məktəbdən qayıdarkən qəlbimdəki bütün hissləri gözümdən dayanmadan axan yaşlar deyirdi. Mənə ən çox əzab verən, belə çətin bir şəraitdə işləyəcəyim yox, gül balalarımızın belə çətin bir şəraitdə təhsil alması idi.

Önəmli olan şəraitdən daha çox təhsil olsa da, bu uşaqların da digər həmyaşıdları kimi, dövrün tələblərinə uyğun məktəblərdə təhsil almağa haqları vardı. Zaman keçdikcə burada təhsil alan şagirdlərə heyran qalırdım.Uzaq məsafələri palçıqlı yolları qət edərək 1 dəqiqə belə gecikmədən, hər səhər müəllimdən öncə sinifdə olurdular.

Oxumaq həvəsləri, çətin şəraitdə yaşamalarına rəğmən gələcəyə olan inamları, vətənə, millətə olan bağlılıqları, Laçında doğulmasalar belə Laçın haqda bilgiləri məni valeh edirdi. İndi o gül balalar sözün həqiqi mənasında mübarizə aparırlar. Evsizliklə...vətənsizliklə... Yayda isti, qışda soyuqla, yollardakı palçıqla... Bir sözlə, məcburi köçkünlük həyatının yaratdığı bütün çətinliklərlə! Onlar təhsil almaq, elmli olub gələcəkdə söz sahibi olmaq uğrunda mübarizə aparırlar! Qəlbimizin dərinliyində sönməkdə olan ümid işığını alovlandırmaq uğrunda mübarizə aparırlar! Onlar savaşırlar! Əsgər olmaq, Azərbaycan bayrağını Laçına sancmaq uğrunda savaşırlar!”

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı