150 ölkənin parlament heyəti Bakıya gəlir - Bugün Bakıda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunacaq - VİDEO | Eurasia Diary - ednews.net

24 Oktyabr, Çərşənbə


150 ölkənin parlament heyəti Bakıya gəlir - Bugün Bakıda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunacaq - VİDEO

Cəmiyyət A- A A+

Bugün Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas keçiriləcək.

Eurasia Diary xəbər verir ki, yubiley mərasimi Milli Məclisin inzibati binasında təşkil ediləcək. Tədbirdə Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan və Oman Sultanlığı parlament sədrləri səviyyəsində təmsil olunacaq.

Tədbirə Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın isə parlament sədrlərinin müavinləri qatılacaqlar.

Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq.

Təntənəli iclasda ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri də iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...