Fövqəladə Hallar Nazirliyi (FHN) Xətai rayonunda yerləşən çay evində baş vermiş yanğınla bağlı növbəti məlumat yayıb.
FHN-dən bildiriblər ki, hadisə nəticəsində birinci mərtəbəsi avtoyuma və avtomobil təmiri sexi, ikinci mərtəbəsi çay evi kimi fəaliyyət göstərən tikili yarasız vəziyyətə düşüb. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.
***
Bakının Nobel prospektində çay evi kimi fəaliyyət göstərən obyektdə yanğın başlayıb.
Eurasia Diary xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə yanğın qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.