Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu barədə Eurasia Diary "AZƏRTAC"a istinadla xəbər verir.
Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
Qeyd edək ki, sınaq müddəti ərzində hər üç yerli mobil operatorun nəticələri müqayisə olunub və “Bakcell” şirkəti LTE funksiyalı cihazlarda orta yükləmə sürəti 31.95 Mbps, orta məlumat göndərmə sürəti isə 11.75 Mbps olmaqla, ümumi 27.93 bal (Speed Score™) toplayaraq, ölkədə ƏN SÜRƏTLİ mobil şəbəkə adını qazanıb
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.