“Bakı Bus”un 3 avtobusu niyə toqquşdu? - VİDEO | Eurasia Diary - ednews.net

17 Noyabr, Şənbə


“Bakı Bus”un 3 avtobusu niyə toqquşdu? - VİDEO

Cəmiyyət A- A A+

Suraxanı rayonunda zərcirvari avtobus qəzasının baş verməsinə səbəb yolun sürüşkən olmasıdır.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

“Bu hadisə dünən gecə avtobuslar depoya gedən zaman baş verib. Yol sürüşkən olduğundan avtobuslar toqquşub. Avtobuslarda yalnız sürücülər olub. Xoşbəxtlikdən xəsarət alan yoxdur”.

Sözçü bildirib ki, dünənki qəza Bakı Bus MMC-nin marşrut xətlərində avtobusların intervalına təsir etməyib:

“Qəzanı törədən sürücülərə cəza verilib-verilməyəcəyi və avtobuslara nə qədər maddi zərər dəyməsi məsələsi araşdırmalardan sonra məlum olacaq”.

Qeyd edək ki, bu gecə Suraxanı rayonunda zərcirvari avtobus qəzası baş verib. Qəza zamanı Bakı Bus MMC-yə məxsus "İveco" markalı 3 sərnişin avtobusu toqquşub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...