Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidməti Anar Nəcəfli Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində sürüşmə baş verən əraziyə gəlib.
Eurasia Diary "Report"a istinadən xəbər verir ki, o, bir daha qeyd edib ki, yolda sürüşməyə səbəb tikinti aparılan ərazidə istinad divarının olmamasıdır.
O xatırladıb ki, uzunluğu 60, eni isə 3 metr olan sürüşən hissənin fəsadları aradan qaldırılır: "Sürüşmə baş verən ərazinin yaxınlığında tikinti işləri aparılır. Orada tikinti normalarına tam əməl olunmadığından, yəni yolla bina arasında istinad divarı inşa edilmədiyindən bu cür hadisə baş verib. Yolun dayanıqlığı olmadığından yağış yağan zaman sürüşmə baş verib. Burada hər şey göz qabağındadır".
O qeyd edib ki, hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir, bu məbləğ tikintini aparan şirkət tərəfindən ödəniləcək.