Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzil sahibi olan vətəndaşların evlərinə köçəcəyi tarix bəlli olub.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.
MİDA rəmisi qeyd edib ki, 1, 2, 3, 4 və 5-ci binalarda mənzil sahibi olan vətəndaşlar bu il oktyabrın sonu, noyabrın əvvələrində evlərinə köçə biləcəklər.
Məlumat üçün bildirək ki, 1-ci bina 12 mərtəbəli, 2-ci, 3-cü, 4-cü, 5-ci binalar 9 mərtəbəlidir.
1-ci binada 12 bir otaqlı, 24 iki otaqlı, 24 üç otaqlı; 2-ci binada 9 bir otaqlı, 54 iki otaqlı, 9 üç otaqlı; 3-cü binada 9 bir otaqlı, 54 iki otaqlı, 9 üç otaqlı; 4-cü binada 16 bir otaqlı, 32 iki otaqlı, 16 üç otaqlı; 5-ci binada 16 bir otaqlı, 32 iki otaqlı, 16 üç otaqlı mənzil var.(Modern.az)