Ovlanması qadağandır, amma əti Bakıda restoranlarda təklif edilir - VİDEO | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə axşamı


Ovlanması qadağandır, amma əti Bakıda restoranlarda təklif edilir - VİDEO

Cəmiyyət A- A A+

Bakıda restoranların birində müştərilərə oxatan kirpi əti verilib.

Eurasia Diary-nin “Xezerxeber.az”a istinadən məlumatına görə, bunu təsdiq edən video müştərilər tərəfindən çəkilərək “Yotube”a yüklənib.

Görüntüdə onlar kirpi kababının dadlı olduğunu deyirlər. Bundan başqa, elə video çəkənlər tərəfindən oxatan kirpi ətinin payız aylarında yeyilməsi də tövsiyə edilir.

Qeyd edək ki, oxatan kirpinin ovlanması qadağandır və nəsli kəsilmək üzrə olduğundan onun adı “Qırmızı kitab”a salınıb.

Restoran adminstratorunun sözlərinə görə, həmin videogörüntü xeyli müddət əvvəl çəkilib. Restorana kirpi əti isə ovçular tərəfindən gətirilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ölkədə oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan onların ovlanması artıq 10 ilə yaxındır ki, qadağandır. Vətəndaşlar bu kimi hallarla qarşılaşanda mütləq nazirliyin 168 saylı çağrı mərkəzinə məlumat versinlər. Nazirlik tərəfindən məsələ araşdırılacaq, əgər fakt təsdiqini taparsa, lazımi tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...