Türkiyə şou-biznesinin "İmperator"u İbrahim Tatlıses "İnstagram" hesabında paylaşdığı videosu ilə gündəmə gəlib.
Eurasia Diary xəbər verir ki, sənətçi səhifəsində kərkük nəğməsi olan və Azərbaycanda sevilərək ifa edilən "Evlərinin önü yonca" mahnısının erməni dilində səsləndirilən versiyasını yayımlayıb.
Belə ki, sözügedən musiqi videonun arxa fonunda səsləndirilib. Bu müğənninin azərbaycanlı izləyicilərinin qəzəbinə səbəb olub.
Onlar İ.Tatlısesi hətta təhqir ediblər. Müğənni tənqidlərdən sonra videonu səhifəsindən silib.