Eurasia Diary xəbər verir ki, Qarabağ qazisi kəşfiyyatçı baş leytenant Kamil Musəvi 2015-ci ilin oktyabrında erməni təxribatının qarşısını alarkən aldığı xəsarət barədə danışıb.
O, bir gözünü və ayağını itirdiyi zaman yaşadığı hislər və başına gələnlər arədə ətraflı məlumat verib.
Qazimiz qeyd edib ki, "Elə bilirəm, anam məni belə dünyaya gətirib. Ayaqdır da biri də olmasın, gözdür də biri də görməsin, təki Vətən sağolsun!". Qeyd edək ki, Qarabağ qazisi Kamil Musəvi döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünü itirib. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə "Vətənə Xidmət medalı" ilə təltif olunub.
Qazimizin açıqlamalarını sizə təqdim edirik: