Qüdrət Həsənquliyev “241 manat pensiya həddindən artıq azdır”

Cəmiyyət 12:45 14.11.2018

“11 min manatlıq birdəfəlik yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq hər bir şəhid ailəsinə verilməlidir”

“Bu gün biz büdcəni müzakirə edirik. Təəssüf ki, vaxt azdır. 5 dəqiqə ərzində bu qədər geniş bir maliyyə sənədi haqqında əhatəli danışmaq mümkün deyil. Amma hər halda çalışacağam ki, hökumət üzvlərinin diqqətini bəzi məsələlərə cəlb edim.”
Bu fikirləri Milli Məclisin dünən keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri qeyd edib ki, müəyyən sosial təbəqə və qrupların problemlərinə bir dövlət və cəmiyyət olaraq diqqətlə yanaşmalıyıq: “Onlara olan münasibət cəmiyyətimizin nə dərəcədə sağlam və mədəni olmasını şərtləndirir. Buna görə də ilk növbədə şəhid ailələrinə Prezidentin fərmanına uyğn olaraq verilən 11 min manatlıq birdəfəlik yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq hər bir şəhid ailəsinə verilməlidir. Bu gün səhər 96 şəhid ailəsi məktubla mənə müraciət edib və xahiş ediblər ki, onların müraciətlərini hökumət üzvlərinin diqqətinə çatdıraq. Hesab edirəm ki hökumət hər il şəhid ailələrinə ən azı 1000, 2000 manat bu tipli yardımlar edə bilər. Allaha şükür buna imkanımız var”. BAXCP sədrinin toxunduğu digər bir məsələ şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil tikintisi ilə bağlı olub: “Bu məqsədlə 45, 5 milyon manat vəsait ayrılıb. Eyni zamanda qaçqınlar üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb. Təqribən bunların ikisi qədər 244,4 milyon manat tıkcə idman obyektlərinin tikintisinə vəsait ayrılıb. Mən hər dəfə bu məsələni qaldırıram ki, hökumət üçün prioritet nədir? Uzun illər mənzil növbəsində dayanan insanlar – onların çoxu yaşa dolub də mənzillə təmin oluna bilməyiblər, yoxsa yeni idman obyektlərinin tikintisi? İnvestisiya proqramı çərçivəsində gələn il 114 obyektin təhvil verilməsi nəzərdə tutulur ki, bunların 60-ı da yeni obyektdir. Mən hesab edirəm ki, orada müəyyən ixtisarlar aparılmalıdır və bu vəsaitlər ən azı 2 və ya 3 dəfə artırılmalıdır ki, qısa müddətdə biz nəhayət ki, bu insanları mənzillə təmin edə bilək. Digər bir məsələ pensiyalarla bağlıdır. Gələn il nəzərdə tutulur ki, ölkədə pensiya 241, orta aylıq əmək haqqı isə 641 manat olacaq. Keçən dəfə mən məsələ qaldırdım ki, pensiyanın həddi orta aylıq əmək haqqının ən azı 80 faizinədək qaldırılsın. Hörmətli Samir Şərifov söylədi ki, dünyada bu 60 faizidr. Yaxşı, heç olmasa bunu 60 faiz həddinə çatdıraq. Ona görə ki, 241 manat pensiya həddindən artıq azdır. Digər bir məsələ orta məktəb müəllimlərinin əmək haqqı ilə bağlı məsələdir. Ona görə ki, repititorluq Azərbaycanda sosial gərginlik yaradan bir məsələdir. Ona görə ki, aztəminatlı ailələr uşaqlarını oxutmaq üçün onlara xeyli pul xərcləyirlər. Əlbəttə, Ceyhun Bayramovun təhsil sistemində gördüyü işi yüksək qiymətləndirirəm. Amma hesab edirəm ki, orta məktəbin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ali məktəblərə qəbul həyata keçirilməlidir və bu halda biz repititorluğun qarşısını ala bilərik. Həmçinin xeyli dərəcədə insanların mənzil şəraitini yaxşılaşdıra bilərik”.

Qüdrət Həsənquliyev büdcə vəsaitlərinin çox az və bu səbəbdən bölüşdürülməsinin də xeyli dərəcədə çətin olduğunu bildirib: “Bunun üçün biz iqtisadiyyatın inkişaf tempinin artmasına nail olmalıyıq. Əlbəttə vergi siyasətində son zamanlar islahatlar aparılır. Doğurdan da çox təqdirəlayiqdir. Amma iqtisadiyyatı inkişaf etdirmək üçün ilk növbədə iqtisadiyyata investisiya qoyulmalıdır. Dövlət investisiyaları hesabına biz iqtisadiyyatın artım tempini yüksək səviyyəyə qaldıra bilməyəcəyik. Onun görə də, hesab edirəm ki, Azərbaycanda Neft Fondundan böyük məbləqdə vəsait gətirilməli və yerli banklarda saxlanılmalıdır.Yerli banklarda saxlanılısa bu həm bankların fəaliyyətinə öz töhfəsini verər, həm də düşünürəm ki, sahibkarların ucuz kreditlərə çıxışına nail ola bilərik. Əlbəttə bu gün ölkədə manatın kursu sabitləşib. Bu müsbət haldır. Duinq biznesi üzrə Dünya Bankının hesabatına görə, biz arttıq 57-ci yerdən 25-ci yerə gəlmişik. Amma ölkəyə ciddi surətdə kapital qoyulmayacaqsa, düşünürəm ki, bunlar yetərli deyil. Başqa çox mühüm bir məsələ hesab edirəm ki, bu həm də Naxçıvanla bağlı olan məsələdir. Vaxtım azalır, yəqin ki, mən bu barədə gələn dəfə danışacağam. Naxçıvanın öz gəlirləri hesabına büdcəsinin çox az hissəsini - 21 faizini ödəyir. Biz bilirik ki, Azərbaycan Respublikasının presidenti demişdi ki, biz yerli icra başçılarının fəaliyyətin qiymət verəcəyik. Həmin rayonlara qoyulan investisiyalara görə, orada inkişaf səviyyəsinə görə. Amma hər il Naxçıvana dotasiyanı artırırıq və bu dotasiya hesabına orada bu vəsaitlər xərclənir. Amma iqtisadiyyatın durumu heç də ürəkaçan deyil. Ona görə də yəqin ki mən ikinci oxunuşda bu məsələyə diqqət yetirəcəyəm”.

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Hamısı