Kənd Təsərrüfatı Nazirliyi 529 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib.
Eurasia Diary xəbər verir ki, nazirlik aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri müsahibələrdə iştiraka dəvət edir.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
Hazırda 57 vakant vəzifənin tutulması üzrə ümumi müsahibə mərhələsi davam edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti, Xidmətin regional bölmələri, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru, Nazirlik Aparatı və Nazirliyin tabeliyində olan qurumlar üzrə müəyyənləşib.
Müsahibə mərhələsi üzrə qeydiyyat dekabrın 5-dək davam edəcək.