UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans

Cəmiyyət 18:09 15.11.2018

UNEC-də “UNEC və Türkiyə Universitetlərinin əməkdaşlıq istiqamətləri: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilib.

UNEC-in təşkilatçılığı və Türk Dünyası Araşdırmalar Vəqfınin (TDAV) dəstəyi ilə keçirilən konfransda universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Cümhuriyyətinin gənclik və idman naziri Dr.Mehmet Muharrem Kasapoğlu, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazgan, Türkiyə-Azərbaycan Parlamentlərlararası Dostluq Qrupunun rəhbəri, AKP İstanbul millət vəkili Şamil Ayrım, İstanbul Universitetinin rektoru, professor Mahmut Ak və digər nüfuzlu qonaqlar iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyə türkcəsində tədrisi türkçülüyə verilən önəm və dəyərin ən böyük göstəricilərindən biri adlandırıb. Türk dilində tədrisin TDAV-nin mərhum rəhbəri, professor Turan Yazganın təşəbbüsü ilə yaradıldığına diqqət çəkən rektor, Türk Dünyası İqtisadiyyat Fakültəsinin (TUDİFAK) hədəflərindən söz açıb: “Hədəfimiz TUDİFAK-ın türk dünyasına və dünya miqyasında keyfiyyət tələblərinə cavab verə biləcək təhsil məkanına çevrilməsidir. Son hədəf isə fakültə bazasında yeni universitet yaradılması və türk dünyası gənclərinin həmin universitetdə təhsil almasına şərait yaratmaqdır”. Fakültədə bu ildən yeni ixtisasların açıldığını bildirən rektor, fakültəyə qəbulda ötən dövrlərlə müqayisədə yüksək bal toplayan abituriyentlərin sayının artıdığını qeyd edib. Ə.Muradov TUDİFAK-da təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması üçün Türkiyə universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılmasının vacibliyini vurğulayıb.

UNEC-in Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyindən söz açan rektor, birgə dərsliklərin hazırlanması və elmi məqalələrin tanınmış dərgilərdə çap olunmasının hər iki ölkənin təhsilinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını bildirib.

Konfransda çıxış edən Erkan Özoral Türkiyə-Azərbaycan münasibətlərindən söz açıb. Hazırda Azərbaycanın dünya arenasında öz layiqli yerini tutduğunu bildirən səfir, hər iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Türkiyədə təhsil alan azərbaycanlıların sayının ildən-ilə artdığına diqqət çəkən səfir, bu istiqamətdə universitetlərin əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb. “Hədəfimiz hər iki ölkənin akademik səviyyəsinin daha da yüksəlməsidir” deyən türkiyəli diplomat, konfransın təşkilinin bu istiqamətdə əhəmiyyətli rol oynayacağına əminliyini vurğulayıb.

Dost və qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edən Mehmed Muharrem Kasapoğlu Türkiyənin bütün sahələrdə Azərbaycanı dəstəklədiyini bildirib. Bu münasibətlərin təməlinin tarixi köklərlə bağlı olduğunu söyləyən  M.Kasapoğlu, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Nazir Azərbaycanın uğurlu hərtərəfli inkişafını qürurla izlədiyini xüsusi vurğulayaraq, hər iki dövlət arasında imzalanan mühüm iqtisadi layihələrdən söz açıb.

 Millət vəkili Şamil Ayrım professor Turan Yazğanın elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edib. T.Yazganın milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsində böyük xidmətlər göstərdiyini bildirən millət vəkili məhz belə gənclərin sayəsində Azərbaycanla bərabər, Türkiyənin də problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunacağına əminliyini bildirib.

İstanbul universitetinin rektoru, professor Mahmud Ak mərhim professor Turan Yazğanın həyat və fəaliyyətindən bəhs edib. Onun Türk dünyasında, o cümlədən Azərbaycanda təhsilin inkişafına böyük önəm verdiyinə diqqət çəkərək, bu siyasətin əsas məqsədinin türk millətini birləşdirmək olduğunu bildirib.

Konfransda Atatürk liseyinin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Beynəlxalq konfrans “UNEC və Türkiyə Universitetlərində akademik fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində əməkdaşlıq istiqamətləri” mövzusunda panel müzakirələrlə davam edib.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı