Bakı Dövlət Universitetinin dünəndən etibarən keçmiş rektoru Abel Məhərrəmov işdən çıxarılması barədə sərəncama qəfil yaxalanıb.
Eurasia Diary “virtualaz.org”a istinadən xəbər verir ki, ötən gün əvvəlcə sosial şəbəkələrdə Abel Məhərrəmovun işdən çıxarıldığı haqda şayiələr yayılıb.
Saytlardan biri rektora zəng vurub və bu şayiələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib: “Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm”.
Prezidentin BDU rektorunun işdən azad edilməsi haqda sərəncamı dərc edildikdən sonra “Turan” agentliyi bildirib ki, bu sərəncam Abel Məhərrəmov tamamilə gözlənilməz olub. O, iş yerində sərəncamdan xəbər tutub.