Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis, gürcü və türk dillərində olan “Vikipediya”larda milli qəhrəmanlarımız İsgəndər Aznaurov, Rövşən Əliyev və Kazım Məmmədov haqqında məqalələr yaradılıb.
Eurasia Diary Kult.az-a istinadən xəbər verir ki, İsgəndər Aznaurov haqqında gürcü dilində məqalə Mehman İbrahimov tərəfindən yaradılıb.
“Məqalələrdə milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə məlumat verilir. Azərbaycanın milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması prosesi davam edir”, - mərkəzdən bildirilib.
Qeyd edək ki, 15 noyabr Milli Qəhrəman Kazım Məmmədovun anım günüdür.