Bazar gününə olan hava proqnozu açıqlanıb | Eurasia Diary - ednews.net

14 Dekabr, Cümə


Bazar gününə olan hava proqnozu açıqlanıb

Cəmiyyət A- A A+

Eurasia Diary xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10°, gündüz 14-16° isti, Bakıda gecə 8-10°, gündüz 14-16° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 3-7° isti təşkil edəcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...