Müstəqil Azərbaycanın mətbuat tarixində xüsusi rolu olan "525-ci qəzet" xəbərin ilk mənbələrindən biridir. Qəzetin redaksiya heyətinin təcrübəsi sayəsində "525" informasiya məkanımızda xəbərin mənbəyi olmaqla uzunmüddətdir ki, orijinallığını qoruyub-saxlamışdır. Bu işdə qəzetin qurucusu və baş redaktoru Rəşad Məcidin əzmkar fəaliyyəti, zəngin biliyi və peşəkarlığı xüsusi çəkiyə malikdir. "525" müstəqil informasiya məkanımızın ilk "5"idir.
BAMF və Eurasia Diary informasiya portalı adından təbrik edir, bol-bol uğurlar arzu edirik.