Buraxılış imtahanlarının hesablanma qaydası İZAHLI VƏ SADƏ FORMADA

Cəmiyyət 19:10 18.11.2018

Eurasia Diary AzEdu.az-a istinadla abituriyentlərin narahatlığını nəzərə alaraq təhsil üzrə mütəxəssis Elxan Nəcəfovun ətraflı izahı ilə buraxılış imtahanlarının nəticələrinin hesablanma qaydalarını təqdim edir:

IX sinif buraxılış imtahanı üzrə

Məlumdur ki, IX sinif buraxılış imtahanı ana dili, riyaziyyat və xarici dilfənlərini əhatə etməklə iki mərhələdən ibarətdir. I mərhələ üçün 90, II mərhələ üçün 210 bal olmaqla toplam ən yüksək nəticə 300 baldır.

I mərhələ:

Fənlər üzrə tapşırıqların sayı açıq və qapalı olmaqla aşağıdakı kimidir:

  • Ana dili – 20 tapşırıq (2 mətn olmaqla hər mətnə aid 5 qapalı, 5 yazıla bilən açıq)
  • Riyaziyyat – 10 açıq tipli tapşırıq
  • Xarici dil – 15 tapşırıq (9 qapalı, 6 açıq)

Açıq tapşırıqlar 2, qapalı tapşırıqlar isə 1 balla hesablanılır. Abituriyentin yazdığı səhv cavablar düzgün cavablara təsir etmir.

Abituriyent bütün tapşırıqlara düzgün cavab verməklə ən yüksək 90 bal toplaya bilər:

ana dili – 30 bal, riyaziyyat – 30 bal, xarici dil – 30 bal.

Şərti göstəricilər əsasında fənlər üzrə nəticənin hesablanmasına baxaq:

Ana dili fənni:

Fərz edək ki, abituriyent ana dili fənnindən 20 tapşırığın 10-na düzgün cavab yazıb. Həmin 10 düzgün cavabın 5-i açıq, 5-i isə qapalı tapşırığa aiddir. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 5-i 1-ə (5˟1=5), 5-i 2-yə vurmalıyıq: 5˟2=10. Beləliklə Ana dili fənnindən abituriyentin toplam nəticəsi 15 bal olacaq: 5+10=15 

Riyaziyyat fənni:

Riyaziyyat fənnində bütün tapşırıqlar açıq tipli olduğu üçün düzgün cavablar 2 balla hesablanılır. Əgər abituriyent riyaziyyat fənnindən 10 tapşırığın 7-ni düz, 3-nü səhv yazarsa, bu halda düzgün cavabların sayı olan 7-ni 2-yə vurmaq lazımdır (7˟2=14 bal). 

Xarici dil fənni:

Fərz edək ki, abituriyent 6 qapalı, 3 açıq tapşırığa düzgün cavab yazıb.  Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 6-nı 1-ə (6˟1=6), 3-ü isə 2-yə vurmalıyıq: 3˟2 =6. Beləliklə xarici dil fənnindən abituriyentin toplam nəticəsi 12 bal olacaq: 6+6=12 

Yuxarıda şərti şəkildə verilmiş göstəricilər əsasında abituriyentin IX sinif buraxılış imtahanının I mərhələsindən toplayacağı bal 41 olur: 15+14+12=41

II mərhələ:

Bu mərhələ yalnız qapalı tapşırıqlardan ibarətdir.

Fənlər üzrə tapşırıq sayı aşağıdakı kimidir:

  • Ana dili – 30 qapalı test tapşırığı (maksimum nəticə 70 bal)
  • Riyaziyyat – 30 qapalı test tapşırığı (maksimum nəticə 70 bal)
  • Xarici dil – 30 qapalı test tapşırığı (maksimum nəticə 70 bal)

Toplam ən yüksək nəticə 210 baldır.

Şərti göstəricilər əsasında fənlər üzrə nəticənin hesablanmasına baxaq:

Ana dili fənni: 22 düzgün cavab olarsa, 22˟70:30=51,33... bal

Riyaziyyat fənni: 23 düzgün cavab olarsa, 23˟70:30=53,66...bal

Xarici dil fənni: 18 düzgün cavab olarsa, 18˟70:30=42 bal

Göründüyü kimi, bütün fənlər üzrə düzgün cavablar 70-ə vurulub 30-a bölünür. Burada 70 həmin fənn üzrə maksimum nəticə, 30 isə tapşırıqların ümumi sayını göstərir.

Yuxarıda şərti şəkildə verilmiş göstəricilər əsasında abituriyentin IX sinif buraxılış imtahanının II mərhələsindən toplayacağı bal 146,99 olur: 51,33+53,66+42=146,99

XI sinif buraxılış imtahanı üzrə:

XI sinif buraxılış imtahanı 30 ana dili, 25 riyaziyyat, 30 xarici dil tapşırığı olmaqla, ümumilikdə 75 tapşırıqdan ibarətdir. Bu imtahan üçün ən yüksək nəticə 300 baldır.

Fənlər üzrə tapşırıqların sayı açıq və qapalı olmaqla aşağıdakı kimidir:

  • Ana dili – 30 tapşırıq (20 qapalı,10 açıq)
  • Riyaziyyat – 25 tapşırıq (18 qapalı, 7 açıq)
  • Xarici dil – 30 tapşırıq (23 qapalı, 7 açıq)

Açıq tapşırıqlar 2, qapalı tapşırıqlar isə 1 balla hesablanılır. Abituriyentin yazdığı səhv cavablar düzgün cavablara təsir etmir.

Şərti göstəricilər əsasında fənlər üzrə nəticənin hesablanması:

Ana dili fənni:

Fərz edək ki, abituriyent ana dili fənnindən 30 tapşırıqdan 20-nə düzgün cavab yazıb. Düzgün cavabların 15-i qapalı, 5-i isə açıq tapşırıqlara aiddir. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 15-i 1-ə (15˟1=15), 5-i isə 2-yə vurmalıyıq: 5˟2=10. Beləliklə Ana dili fənnindən abituriyentin toplam nisbi balı 25 bal olacaq: 15+10=25.  Nisbi bal əsasında abituriyentin ana dili fənnindən ümumi balını hesablamaq üçün alınan nəticəni 100-ə vurub 40-a bölməliyik. Bu göstəricilərə əsasən abituriyentin ana dilindən topladığı bal belə hesablanacaq: 25˟100:40=62,5 bal.  Burada 100 fənnə görə ən yüksək nəticəni, 40 isə tapşırıqların nisbi bala görə ümumi rəqəmini bildirir: (20˟1)+(10˟2)=40.

Riyaziyyat fənni:

Fərz edək ki, abituriyent riyaziyyat fənnindən 15 qapalı, 4  açıq tapşırığa düzgün cavab yazıb. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 15-i 1-ə (15˟1=15), 4-ü isə 2-yə vurmalıyıq: 4˟2=8. Beləliklə, riyaziyyat fənnindən abituriyentin toplam nisbi balı 23 olacaq: 15+8=23. Nisbi bal əsasında abituriyentin riyaziyyat fənnindən ümumi balını hesablamaq üçün alınan nəticəni 100-ə vurub 32-ə bölməliyik. Bu göstəricilərə əsasən abituriyentin riyaziyyat fənnindən topladığı bal belə hesablanacaq: 23˟100:32=71,875 bal.  Burada 100 fənnə görə ən yüksək nəticəni, 32 isə tapşırıqların nisbi bala görə ümumi rəqəmini bildirir: (18˟1)+(7˟2)=32.

Xarici dil fənni:

Fərz edək ki, şagird xarici dil fənnindən 17 qapalı, 3 açıq tapşırığa düzgün cavab yazıb. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 17-ni 1-ə (17˟1=17), 3-ü isə 2-yə vurmalıyıq: 3˟2=6. Beləliklə, xarici dil fənnindən abituriyentin toplam nisbi balı 23 olacaq: 17+6=23. Nisbi bal əsasında abituriyentin xarici dil fənnindən ümumi balını hesablamaq üçün alınan nəticəni 100-ə vurub 37-yə bölməliyik. Bu göstəricilərə əsasən abituriyentin xarici dil fənnindən topladığı bal belə hesablanacaq: 23˟100:37=62,162.  Burada 100 fənnə görə ən yüksək nəticəni, 37 isə tapşırıqların nisbi bala görə ümumi rəqəmini bildirir: (23˟1)+(7˟2)=37.

Yekun olaraq şərti şəkildə verilmiş nəticələrdən fənlər üzrə toplanılan balları ümumiləşdirsək, abituriyent XI sinif buraxılış imtahanından 196,537 bal toplamış olar: 62,5+71,185+62,162=196,537

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Azərbaycan Premyer Liqası: "Neftçi" səfərdə "Qəbələ"ni məğlub edib
19:40 29.03.2024
Qubadlı torpağı Qətərə aparıldı - VİDEO
19:28 29.03.2024
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
19:21 29.03.2024
Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Hamısı