“Rusiya-1” telekanalında “Nailə Əsgərzadə ilə fəaliyyətdə olan şəxslər” adlı verilişdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlılarının ilk dəfə olaraq təlimləri yayımlanıb.
Eurasia Diary xəbər verir ki, görüntülərdə onların şərti binaya hücum etmələri, şərti düşmənlərə atəş açmaları yer alıb.
Verilişdə açıqlama verən Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, xidmət Rusiyanın xaricdəki qurumları və ölkədən kənarda olan Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etməklə məşğuldur.
Verilişin aparıcısı Nailə Əsgərzadə əməkdaşların yalnız maska ilə çəkilməsinə icazə verildiyini bildirib. Xüsusi təyinatlılar üçün təlimlərin şərtləri olduqca ağırdır. Onlar həyəcan siqnalı və yanıb-sönən işıqlarla hərəkət edirlər.