Direktor müəllimlərdən şikayətləndi “Onlara bunu sübut edərdim, ancaq...”

Cəmiyyət 15:46 10.12.2018

Son zamanlar sosial şəbəkələrdə müəllimin gündəlik yazmalı olub-olmaması müzakirə mövzusudur.

“Müəllim gündəlik yazmalıdırmı?” mövzusunda müzakirə açanlar da müəllimlərdir, rəy yazanlar da...

“Başa düşürəm, müəllimik, danışmaq, tənqid etmək, şikayətlənməyi sevirik. Amma bəlkə bir az duraq, düşünək və sual verək: “Mən neçə faiz müəlliməm?””

Bu sözləri isə 312 nömrəli orta məktəbin mövzuya biganə qalmayan direktoru Xatirə Hacıyeva şəxsi feysbuk hesabında yazdığı statusda bildirib. O, müəllimin gündəlik yazmalı olduğunu öz prizmasından belə izah edib:

“Müzakirə açanlar görünür,  Vahid Tarif  Kitabının XVII  bölümündə qeyd olunan orta ümumtəhsil məktəbi müəlliminin vəzifə funksiyaları haqqında təlimatdan irəli gələn bütün vəzifələrinin öhdəsindən gəlirlər. Artıq mövzulara, fənnin öyrədilməsi zamanı hər sinfə, hər məktəbə və bölgəyə xas spesifik problemlərə, informasiya bolluğunda lazımi informasiyanın harada necə ötürülməsinə o qədər hakimdirlər ki, gündəlik dərsin planlaşdırılması onlar üçün vaxt itkisidir .

“Gündəlik nəyə lazımdır?”, “Artıq vaxt itkisidir”, “30 ildir gündəlik yazmıram”, “Heç kim mənə gündəlik yazdıra bilməz” və s. tipli rəylər isə daha maraqlıdır. Müzakirəyə qatılıb onlara gündəliyin niyə və necə yazılmalı olduğunu sübut edərdim, amma “30 ildir gündəlik yazmıram” deyən biri ilə müzakirə edib 2-3 cavabdan sonra onun aqressiyası, üstəlik direktor olduğumu bildikdən sonrakı ikrah və istehzaları ilə üz-üzə qalmaq istəmirəm”.

Direktor qeyd edib ki, metodik vəsait müəllimlərə yalnız yol göstərə bilər:

“Vahid tarif kitabında müəllimin əmək funksiyasında yazılıb ki, müəllim keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir.

Bəzi müəllimlərə görə yəqin bu cümlə belə yazılmalıymış : “Keçdiyi fənn üzrə hər gün icmal yazmalıdır”.

Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırarkən və tədris proqramını yerinə yetirilməsi, tələb olunanı şagirdə mənimsətməsi üçün müəllim nə etməlidir? Məsələn, mən biologiya müəllimiyəm və VIII sinifdə “Daxili maye mühitimiz” mövzusunu keçməliyəm. İki səkkizinci sinfim var. Birində şagirdlər çox zəifdir, digərində isə sinfin əksəriyyəti yaxşı oxuyanlardır.

“Metodik vəsait varsa, gündəliyi neynirəm?” deyənlərə üzümü tutub söyləmək istəyirəm ki, metodik vəsaitdə nə var? 79-cu səhifəni açıb baxın: Siz bu dərsi hansı sinifdə hansı üsulla keçməlisiz? Onu digər canlılarla müqayisə edin.

Bunları etməyiniz üçün hər iki sinifdə eyni üsulu, eyni tapşırıqları tətbiq edə bilərsizmi? Hər şeyi ( tapşırıqları , sxemləri ,  qiymətləndirmə vasitələrini ) beynimdə hazırlayıram deyənlər, dediklərinizin reallıq olmadığını özünüz də bilirsiz. Metodik vəsait yalnız sizə istiqamət verir, yol göstərir, əziyyət çəkməməyiniz üçün nümunə göstərir”.

Direktorun sözlərinə görə, müəllim birmənalı şəkildə gündəlik dərsini planlaşdırmalıdır. Bu, aksiomdır:

“İstər müəllim bunun adına “gündəlik”, istər  “icmal” desin, ya da öz brendini yaradaraq ad qoysun. Fərq etməz. Maaşım azdır, vaxtım yoxdur, mənasızdır deməkdənsə, müəllimin funksiyalarına nəzər salın və mərdi-mərdanə deyin görək bu funksiyalardan neçə faizini yerinə yetirirsiz? Başa düşürəm, müəllimik, danışmaq, tənqid etmək, şikayətlənməyi sevirik. Amma bəlkə bir az duraq, düşünək və sual verək: “Mən neçə faiz müəlliməm?”

Şəxsən mən 10 il 179 nömrəli məktəbdə müəllim işləmişəm, tanıyanlar təsdiq edə bilər ki, hər dərsim planlı olub. Hazırda direktor işləyirəm, dərs saatım yoxdur. Amma fəaliyyətimin ilk illərində vardı və bir dəfə də olsun sinfə hazırlıqsız, yəni, gündəlik və proqramsız girməmişəm. Çox şükür ki, rəhbəri olduğum  məktəbdə “gündəlik yazmıram” deyən müəllim yoxdur”.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı