Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropa Parlamentində təntənə ilə qeyd edilib

Cəmiyyət 18:12 12.12.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Strasburqda Avropa Parlamentində təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai açıb. O deyib: “Bu axşam siyasətə görə deyil, dostluğa görə toplaşmışıq. Bu tədbir Azərbaycan və Avropa İttifaqı arasında dostluğun təcəssümüdür. Bu axşam dostluqdan danışacağam. Dostluğun çox sözə ehtiyacı yoxdur. Bu təntənəli tədbirdə aydın görürəm ki, dostluğumuz möhkəmdir”.

Norika Nikolai ölkəmizin qədim tarixi, mədəniyyəti barədə danışaraq, bu gün Londonun Viktoriya və Albert, Parisin Luvr, Vyananın zəngin muzeylərində Azərbaycanın milli sənət nümunələrinin nümayiş olunduğunu bildirib.

Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, 100 il əvvəl müsəlman Şərqində ilk demokratik parlamentli Azərbaycan Respublikası yaranıb. Birinci Dünya müharibəsindən sonra Avropada mürəkkəb siyasi vəziyyət olduğu vaxtda, ölkəmiz müstəqilliyini elan edib, demokratik, hüquqi dünyəvi dövlət qurulub. İrqindən, cinsindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin azadlığı və bərabərliyi təmin edilib. Bir çox Avropa ölkəsindən əvvəl qadınlara səsvermə hüququ verib.

C.Feyziyev ilk parlamentimiz haqqında ətraflı məlumat verərək, 100 il bundan əvvəl parlamentin ilk plenar sessiyasının keçirildiyini, ən mühüm dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul edildiyini diqqətə çatdırıb. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edildiyini, iqtisadi çətinliklərə baxmayaraq yüzlərlə tələbəyə təqaüd verilərək Avropa Universitetlərində təhsil almağa göndərildiyini qeyd edib. “Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib, bu gün Cənubi Qafqazda Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Avropa İttifaqı isə ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan “Odlar yurdu” deməkdir. Sivilizasiyaların kəsişməsində yerləşən ölkəmiz tolerantlıq və multikulturalizm üzrə digər ölkələrə nümunədir. Davamlı inkişaf strategiyası ilə Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edib və regionda ən cəlbedici sərmayə ölkəsinə çevrilib. Son onilliklər ərzində Azərbaycan Avropa ilə Asiyanı daha da yaxınlaşdırıb. Ölkəmiz Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqda iddialıdır. Azərbaycan və Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişi ilə bağlı işlər qarşıdan gələn aylarda yekunlaşdırılacaq. Əminəm ki, bu yeni saziş qarşılıqlı faydalı əməkdaşlığımız üçün yeni üfüqlər açacaq”, - deyə deputat bildirib.

Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərim parlamentlərarası əlaqələrə toxunaraq, əlaqələrin möhkəmlənməsindən söz açıb. O, Bakıda Azərbaycan parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd olunduğunu xatırladıb.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti haqqında video nümayiş olunub.

Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblının ifasında milli musiqilərimiz səsləndirilib. İştirakçılar milli musiqilərimizi alqışlarla qarşılayıblar.

Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Avropa Şurası yanında daimi nümayəndəliyin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, azərbaycanlı və avropalı deputatlar iştirak ediblər.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Hamısı