Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarından (TSEK) 5-inin fəaliyyətinə son qoyulub.
Eurasia Diary xəbər verir ki, bu barədə Unikal.org-a nazirliyin mətbuat katibi Fazil Talıblı məlumat verib.
Bildirilib ki, bundan sonra cəmi 5 tibbi-sosial ekspert komissiyası fəaliyyət göstərəcək:
- Səbail, Yasamal, Nəsimi,
- Binəqədi, Qaradağ,
- Nizami, Xətai, Nərimanov,
- Xəzər, Pirallahı,
- Suraxanı, Sabunçu.