Yazılarda durğu səhvləri on minlərlədir Əflatun Amaşov

Cəmiyyət 09:53 19.12.2018

Azərbaycan dili dövlətimizin müstəqilliyinin əsas şərtlərindən biri, mənəvi varlığımızın təzahürüdür. Dilimizin saflığının qorunmasına hər zaman dövlət səviyyəsində diqqət göstərilir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə 30-a yaxın dövlət sənədi qəbul olunub. O sənədlərin hər birində dilimizin təmizliyi, onun yad təsirlərdən qorunması, Azərbaycan dilinin işləkliyinin təmin olunması əsas şərt kimi qoyulub.

Eurasia Diary xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Dillər Universitetində “KİV-də Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyadakı xalqların az hissəsinin dili dövlət dilidir: “Dövlətimizin dilinin Azərbaycan dili olması bizim üçün qürurvericidir. Dilimiz qədim, zəngindir, əcnəbi dildə elə bir kitab ola bilməz ki, onu Azərbaycan dilinə tərcümə etmək mümkün olmasın. Biz dilə məhəbbəti aşılamalıyıq, bir insan Azərbaycan dilinin nəyə qadir olduğunu bilsə, onda həmin insan dilimizi sevəcək”.

Əflatun Amaşov qeyd edib ki, Mətbuat Şurası yaranandan onun tərkibində Dil Komissiyası, eləcə də, Monitorinq Mərkəzi təsis edilib: “Mütəmadi olaraq KİV-də dil məsələsini gündəmə gətirdik, onu bir neçə istiqamətdə təhlil etdik. Bunlardan birincisi leksik istiqamət idi ki, dialektlərdən yaxud kənardan gələn sözlərin vətəndaşlıq hüququ qazanıb-qazanmadığı istiqamətində müşahidələr apardıq. Söz vətəndaşlıq hüququ qazanmırsa, yaddan çıxıb gedir. Ən qorxulu məsələ qrammatik sahədə dilimizə olan təsirdir. O sayaq maneələr ədəbi dilin sistemini dəyişir. Üslub xətaları ilə bağlı da monitorinqlər aparırıq. Sonuncu tədbirimizi keçirdik, 15-ə yaxın qəzetin, təqribən 10 xəbər portalının monitorinqini apardıq, durğu işarələri ilə bağlı səhvlər on minlərlədir. İstənilən qəzetdə bu səhvlərin şahidi oluruq, hətta bir çox materiallarda şəxs əvəzliklərindən sonra vergül qoyulur. Apardığımız monitorinqlərin nəticələri göstərir ki, leksik istiqamətdə olan səhvlər getdikcə azalır, ən problemli məsələ qrammatik normaların pozulması ilə bağlıdır. Rus dilindən dilimizə kalkalar daxil olub, məsələn “baxmayaraq”, “hansı ki” tipli sözlərdən çox istifadə olunur. Türk dili ilə bağlı müəyyən məqamlara toxunuldu. Azərbaycan dili də türk dilləri qrupuna daxildir və öz zənginliyi ilə seçilir. Dilimizə daxil olan sözü başqa söz əvəz etmirsə, onun Azərbaycan dilində qalmasının nə qədər məqsədəuyğun olması da ciddi məsələlərdən biridir”.

Jurnalistikadakı problemlərə gəlincə, Mətbuat Şurasının sədri hesab edir ki, bu problem ailədən, orta məktəbdən, hətta universitetdən gəlir: “Qəzetdə işləməyə gələn ali məktəb məzunu sadalanan səhvləri edirsə, o zaman buna kifayət qədər ciddi yanaşmalıyıq. Öz dilimizi sevməsək, bu kimi səhvləri aradan qaldırmaq çətin olacaq”.

Əflatun Amaşovun fikrincə, bəzi redaksiyalarda korrektura sisteminin olmaması ciddi fəsadlar yaradır: “Bəzi redaksiyalarda yazılar redaktə olunmur. Cizgi filmlərinin, kinoların tərcüməsində qüsurların şahidi oluruq. Təbii ki, bunlar maliyyə tələb edir. Rus dilinə tərcümə olunan filmlər daha peşəkar olur. Çünki rus dilinə tərcümə olunan filmlər daha çox maliyyə tələb edir və bu maliyyə ödənilir. Azərbaycan dilinə tərcümə edilən filmlərdə isə müəyyən nöqsanlar olur. Dilimizə tərcümə olunan filmlər maliyyəsizlikdən keyfiyyətsiz alınır. Bunların da müəyyən rolu var. Bu problemləri çözüb, ədəbi dil normalarına əməl olunması üçün çıxış yolları axtarmalıyıq. Problemlərin həlli üçün Dilçilik İnstitutunun nəzdində yaradılacaq Monitorinq Mərkəzinin üzərinə böyük yük düşəcək”. 

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
Hamısı