Yanvarın 14-də Şimali Karolina ştatında Şərqi Şarlotta şəhərində «Fixer Electronic Repair» dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.
Bu barədə mərhumun yaxın dostu, tanınmış iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki statusundan xəbər paylaşıb.
Q.İbadoğlu qeyd edir ki, yaralı xəstəxanada vəfat edib. Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən iki qaradərili olub. Hazırda axtarışlar davam etsə də, cinayətkarlar hələ də yaxalanmayıb.
Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul imiş. O, bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçübmüş.
Q.İbadoğlu yazır ki, E.Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub.
Allah rəhmət etsin, əzizlərinə səbr versin.