Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Cəmiyyət 23:11 15.01.2019

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Xəzər rayonu, Binə Bələdiyyəsinin sədri H.Həmidovun “ARAMA”  jurnalına qarşı şikayətini nəzərdən keçirən komissiya üzvləri müəyyən ediblər ki, özünü “ARAMA” jurnalının əməkdaşları kimi qələmə verən şəxslər davranışlarında sui-istifadə hallarına yol vermiş, şəxsi xarakterli mübahisələrinin həlli üçün jurnalist adından istifadəyə cəhd göstərmişlər.  “ARAMA”  jurnalına MŞ adından ciddi xəbərdarlıq edilib.

Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın “Open.az” saytına qarşı şikayətinin müzakirəsi zamanı müəyyənləşdirilib ki, sayt əməkdaşları Fəridə Əzizova və onun qohumu Aysel İsgəndərova barədə hazırlayıb yaydıqları xəbərlərdə ciddi xətalara yol veriblər. Belə ki, informasiya qondarma faktlar üzərində qurulmuş, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilməmişdir, qarşı tərəfin rəyi öyrənilməmişdir. Sayt redaktorunun  mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri, saytda  təkzib verilməsi, narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq addımlar atılması yönündə rəy veriblər. 

İclasda Vətəndaş Quliyev Şakir Sabir oğlunun və Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in professor-müəllimlərinin “Tezadlar.az” saytına qarşı şikayətləri də araşdırılıb. Komissiya üzvlərinə ünvanlanmış müraciətdə iddia olunub ki, saytda UNEC barədə qısa müddət ərzində 200-ə yaxın məqalə dərc edilib. İddiada qeyd edilib ki, yayımlanmış məqalələrdə böhtan xarakterli məqamlar yer tutub, qarşı tərəfin rəyi isə öyrənilməyib, balans prinsipi pozulub.  Saytın baş redaktoru Asif Mərzili isə bildirib ki, hazırlanmış məqalələrdə balans prinsipinin qorunmasına, qarşı tərəfin mövqeyinin öyrənilməsinə cəhd göstərilib, amma qarşı tərəfdən cavab almaq mümkün olmayıb. Bununla yanaşı, Komissiya müəyyən edib ki, son vaxtlar “Tezadlar.az” saytı barədə MŞ-yə gələn şikayətlər intensivləşib, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) əksər  prinsipləri pozulub. Asif Mərzili cavabında bildirib ki, bu şikayətlərin çoxu məqsədli şəkildə maraqlı şəxslər tərəfindən təşkil etdirilib. Komissiya üzvləri mübahisəli məqamların çoxluğunu, həm iddialarda, həm də verilən cavablarda boşluqların olduğunu, dəqiqləşdirilməyə ehtiyacın yarandığını nəzərə alaraq qərara gəliblər ki, qeyd edilən KİV-in fəaliyyətinin və şikayət doğuran materialların geniş araşdırılması üçün “Təzadlar” qəzeti və onun onlayn  versiyası olan “Tezadlar.az” saytı üzrə materiallar MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına, monitorinq qrupuna yönləndirilsin.

Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbinin müəllimi Yusifova Gülnar Novruz qızı “Xeberman.com”, “Doqruxeber.com,” “Teref.az”, “Azadqadin.az” və “Xeberaz.az” saytlarına qarşı şikayətinin araşdırılması zamanı sayt təmsilçiləri bildiriblər ki, şikayətçidə narahatlıq doğuran “Beyləqan məktəbində rəzalət” adlı  məqaləni digər KİV-ə istinadən yayıblar. Amma həmin KİV barədə məhkəmə hökmünün çıxarıldığını və məqalədə əks olunan detalların yanlışlığı barədə məlumatı aldıqdan sonra xəbərin yayımına xitam veriblər. Bu baxımdan mübahisə həll edilmiş sayılıb.

“Cənnət-M” MMC-nin direktoru Əhmədov Yaşar Misir oğlu və vətəndaş Əliyeva Zəminə Elman qızının “Olke.az” saytına qarşı müraciəti də araşdırılıb. Müəyyən edilib ki, sayt əməkdaları şikayət doğuran materialı məhkəmə sənədləri əsasında hazırlasalar da, əlavə edilən faktlarda və jurnalist şərhində ciddi təhriflərə yol veriblər. Məqalədə adı keçən şəxslərin mövqeyinin öyrənilməməsi nəticəsində balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. Komissiya qarşı tərəfə öz mövqeyini ifadə üçün şərait yaradılması, yanlış faktların aradan qaldırılması yönündə rəy verib.

 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı