Xəzər dənizində Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan verilən xəbərə görə, saat 12.00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.
Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.