Bu fotolar işğal olunmuş Şuşa şəhərində Məhəmməd Əmin Rəsulzadənin küçəsidir. Mənim oxuduğum musiqi məktəbi avtomobil parklama yeri kimi istifadə olunur. Bina dağıdılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev sosial şəbəkələrdə məlumat yayıb.
Tural Gəncəliyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirliklərini Feysbukda təq edərək həmin musiqi məktəbindən heç bir iz qalmadığını qeyd edib: “Bu, çox faciəlidir. Bütün bunlar gözümüzün önündə baş verir”.