Bakıda müşahidə olunan güclü külək yaşayış binasının dam örtüyünü uçurub.
Eurasia Diary xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Rayonun Bəhruz Nuriyev küçəsində, "Xalqlar Dostluğu" metro stansiyanın yaxınlığında yerləşən ikimərtəbəli binanın damını külək atıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.